Bu, təqdimatı mayın 10-da keçiriləcək yeni Bentley avtomobilinin ilk tizeridir. Avtomobil haqqında heç bir təfərrüat yoxdur və şəkildə nəyin təsvir oldunduğunu ilk baxışdan anlamaq mümkün deyil. Şirkət yalnız onun model çeşidində beşinci model olacağını və sərnişinlər üçün əlavə rahatlıq təqdim edəcəyini söyləyib. Ancaq tapmacanı tapmaq çox asandır.
Bu, tamölçülü yenilik deyil, sadəcə Bentley Bentayga krossoverinin uzun təkər bazalı versiyasıdır – belə prototiplər artıq 2021-ci ilin əvvəllərində casuslara rast gəliblər. Bu modeli sadəcə olaraq müxtəlif kuzov tiplərini nəzərə alaraq beşinci hesab etmək olar: ilk dördlük Continental GT kupesi, Continental GT Convertible, Flying Spur sedanı və standart bazalı Bentayga krossoveridir. Tizerdə isə uzadılmış arxa qapının daxili panelini göstərilir: dirsəkaltının konturları, aşağı cib və kilid tutacağı təxmin edilir, lakin qapının tutacağı uzunluğun artması səbəbindən yerini dəyişib.
Xatırladaq ki, adi Bentayga krossoverinin oxları arasındakı məsafə 2995 millimetr, ümumi uzunluğu isə 5125 millimetrdir. Casus çəkilişlərinə əsasən, arxa qapılar sayəsində uzadılmış krossoverə 200-300 millimetr əlavə olunacaq. İkinci sıra daha da genişlənəcək və şirkət yəqin ki, sərnişinlər üçün yeni rahatlıq opsiyaları hazırlayır. Detallar çox yaxında açıqlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.