Bentley markasının 100 illik yubileyinin bayram edilməsinin tərkib hissələrindən biri yeni konseptin təqdimatı olacaqdır. Bu konsept Bentley markasının yaxın onillik üçün dizaynını və unikal texnologiyaları nümayiş etdirəcəkdir.
«Bu bizim gələcəyə baxışımızdır, - Bentley markasının baş stilisti Stefan Silaff Auto Express nəşrinə müsahibəsində söyləyib. - Əlbəttə ki, biz 100 il qabağa deyil, yaxın 30 ilə baxırıq. Yaxın onillikdə markanın avtomobilləri belə görünəcəkdirlər: bu Bentley kimi tanınacaq avtomobil olacaqdır».
Silaffın sözlərinə görə, marka dizaynerləri artıq son iki ildir ki konsept üzərində çalışırlar və hələ görüləcək işlər çoxdur. Konseptin üslubunun innovasion olduğu və qismən üzərində işlər gedən yeni seriya avtomobilində tətbiq ediləcəyi bildirilib. Şayiələrə görə, yubiley prototipi Bentley EXP10 Speed 6 konseptinin təkamül variantıdır.