Gözlənildiyi kimi, əfsanəvi Mini hetçbeki yeni nəslə keçidlə birlikdə ikili şəxsiyyətə malik olub. Hələ 2023-cü ilin sentyabrında Çində Great Wall Motor ilə birlikdə hazırlanan J01 kodu ilə işarələnmiş elektrik hetçbeki təqdim edilib. İndi isə növbə benzin mühərrikli Mini modelinə gəlib çatıb. Bu, tamamilə yeni model deyil, 2013-cü ildən buraxılan F56 seriyasından olan hetçbekin modernləşdirilməsinin nəticəsidir. Baza hetçbekinin yeni kodu F66-dır.
Əsas odur ki, şassi və kuzov çərçivəsi, eləcə də istehsal yeri (Britaniya, Oksford şəhəri) eyni qalıb. Ön tərəf indi yeni səkkizbucaqlı çərçivəyə malikdir, arxa tərəfdə isə, üçbucaqlı işıqlar peyda olub. Ümumi üslub isə, minimal dekor və xromu ehtiva edən yeni Charismatic Simplicity dizayn fəlsəfəsinə uyğunlaşdırılıb. Bununla belə, arxa dam dirəkləri, təbii tutuşlu qapı tutacaqları və ön fənərlərin “eynəyi” olan kapot yeni modeldə əvvəlki F56 modelini ələ verir. Məhz bu elementlər benzin mühərrikli Mini modelini elektrik versiyasından fərqləndirir.
Bununla belə, avtomobilin interyeri “batareyalı” hetçbekin üslubunda tamamilə yenidən işlənib. Parça ilə örtülmüş ön panel fiziki idarəetmə elementlərinin əksəriyyətini və hətta cihazlar panelini itirib. Bütün diqqətlər yuxarı hissəsində “talesiz” instrumentarinin yerləşdiyi 240 millimetrlik mərkəzi dairəvi ekranda cəmləşib. Ekranın altında transmissiya və dayanacaq əyləcinin selektorlarını, işə salma və səsi tənzimləmə düyməsini birləşdirən idarəetmə bloku var.
Bir qədər aşağıda stəkan tutacaqları və simsiz doldurma meydançası yerləşir. Əlavə ödəniş müqabilində isə, ön panelə proyeksiya olunan musiqili işıq effekti, proyeksiya displeyi və artırılmış reallığı malik olan üçölçülü naviqasiya təklif edilir. Baqajın həcmi 210 litrdir, 60:40 nisbətində bölünən arxa cərgəni qatladıqda, bu həcmi 800 litrə qədər artırmaq olar.
Bundan sonra Cooper modifikasiyanın deyil, istisnasız olaraq bütün Mini hetçbeklərinin adıdır. Xatırladaq ki, elektromobillər Cooper E və Cooper SE işarələnmələrini alıblar. Üçqapılı benzin modeli Cooper C və Cooper S variantlarında təklif olunur. Onların kapotunun altında artıq özlərini sübut etmiş benzin mühərrikləri qorunub saxlanılıb. Özü də, heç bir hibrid əlavə olmadan.
Mini Cooper C baza versiyası 1,5-litrlik turbomühərrik (156 at qüvvəsi, 230 Nm) ilə təchiz edilir və 100 km/saat həddini 7,7 saniyəyə yığa bilir. 2,0-litrlik “turbodördlük” (204 at qüvvəsi, 300 Nm) ilə təchiz edilən daha güclü Mini Cooper S bu işə 6,6 saniyə sərf edir. Hər iki versiya alternativsiz iki muftalı yeddi pilləli avtomatik transmissiya ilə təchiz edilir: Mini mexaniki transmissiyadan imtina edib . Ötürmə - yalnız ön təkərlərədir. Mini modelinə xas olan dəqiq idarəetmənin və yoldakı çevik davranışının qorunub saxlanıldığı xüsusi ilə vurğulanır.
Yeni üçqapılı Cooper dörd komplektasiyada - Essential, Classic, Favored və John Cooper Works səviyyələrində əlçatan olacaq. Onlar xarici və daxili tərtibat ilə fərqlənirlər, sonuncu versiya üçün isə, daha aqressiv kuzov dəsti nəzərdə tutulub, baxmayaraq ki, texniki təkmilləşdirmələr yoxdur. Avropada yeni hetçbekin qiyməti 28 900 avrodan, Cooper S üçün isə 35 250 avrodan başlayır. Beşqapılı hetçbek və açıq kuzovlu modelin yeni nəsli daha sonra təqdim olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.