Alfa Romeo "bərkgedən" Giulia və Stelvio Quadrifoglio modellərini yeniləyib. Yeni görünüş və rəqəmsal cihazlar paneli ilə yanaşı, avtomobillər dördyarpaqlı yonca loqotipinin yüzillik yubileyinə həsr edilmiş Quadrifoglio 100th Anniversario xüsusi nəşrini alıblar. Yubiley seriyasından olan avtomobillər adi Quadrifoglio modellərindən bir qədər güclüdürlər, özükilidlənən mexaniki differensial, Akrapoviç buraxılış sistemi və aktiv aerodinamika ilə təchiz edilirlər.
15 aprel 2023-cü il tarixində Quadrifoglio loqotipinin Alfa Romeo avtomobilində ilk tətbiqinin düz 100 ili tamam olacaqdır. Məhz bu əlamətdar hadisəni təntənəli şəkildə qeyd etmək üçün, restaylinq keçmiş Giulia və Stelvio Quadrifoglio modelləri, eləcə də Quadrifoglio 100th Anniversario yubiley versiyası hazırlanıb.
Adi avtomobillərdən sonra Quadrifoglio modelləri də adaptiv uzaq və yaxın işıqları olan matrisa fənərlərini və bir neçə qrafika variantı olan rəqəmsal cihazlar panelini alıblar. Üstəlik, standart Evolved, Relax və Heritage variantları ilə yanaşı, Quadrifoglio dördüncü Race variantına da sahib olub.
Quadrifoglio 100th Anniversario xüsusi versiyası isə, öz növbəsində, gücü (Avropa, Böyük Britaniya və Çində) 520 at qüvvəsinə qədər artırılmış 2,9-litrlik V6 2.9 biturbo mühərriki ilə seçilir. Həmçinin, yubiley seriyasından olan Giulia və Stelvio modellərində Giulia GTA sedanındakı kimi tənzimləmələri olan özükilidlənən mexaniki differensial, karbondan kuzov panelləri, hərəkət edən splitter və Akrapoviç buraxılış sistemi quraşdırılır.
Görünüşü qızıl rəngli əyləc supportları, “görünən” karbondan gövdəyə malik olan yan güzgülər və üç livreya variantı – qırmızı Rosso Etna, yaşıl Verde Montreal və qara Nero Vulcano- tamamlayır.
Xüsusi versiyaların interyeri dəri və alkanta ilə tərtibata, ön panelin, mərkəzi tunelin və qapıların qızılı tikişlər və teksturalı karbon dekor ilə seçilir. Bütün bu gözəlliyi göstəmək üçün Alfa Romeo əfsanəvi Tarqa Florio yarışının doğulduğu Siciliya adasına gəlib. Fotosessiyanın üçüncü iştirakçı RL rodsteridir - bu avtomobil Quadrifoglio simvolunu daşıyan ilk avtomobil olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.