Hennessey Performance tüninq atelyesi "bərkgedən" Jeep Grand Cherokee Trackhawk ofroderi və Dodge Challanger Hellcat Widebody kupesini dreq məsafəsində yarışdırıb.
Xatırladaq ki, hər iki avtomobil 717 at qüvvəli V8 Hellcat mühərriki ilə təchiz edilir. Hər iki avtomobil, demək olar ki, 60 mil/saat (96 km/saat) həddinə sürətlənmənin bənzər zamanlarına malikdirlər. 402 metrlik məsafəni hər iki avtomobil, müvafiq olaraq, 10,6 və 10,9 saniyəyə qət edirlər. Lakin, Challanger kupesindən fərqli olaraq Grand Cherokee tam çəkiş və "lonç-kontrol" sistemlərinə malikdir. Bununla belə, ofroder kupedən 350 kiloqram ağırdır. Widebody adi Challanger Hellcat kupesindən 8,9-millimetrlik genişləndirilmiş təkər tağları ilə seçilir.
Nəticədə avtomobili 305 millimetrlik təkərlərlə təchiz etmək mümkün olub.