Həm C-Class, həm də E-Class kupe və kabrioletlərini əvəz edən CLE ailəsi Mercedes-Benz şirkətinin model xəttində keçən yayda peyda olub, lakin onun genişləndirilməsi hələ də davam edir. Ötən fevralda kabriolet, apreldə isə, yalnız arxa ötürməli kupe kimi təklif olunan təkrar doldurulan CLE 300 e (313 at qüvvəsi) hibridi işıq üzü görüb. İndi isə, daha bir versiya debüt edib – uzun Mercedes-AMG CLE 53 4Matic+ Cabriolet adını almış "bərkgedən" kabriolet.
Kabriolet, ön qanadlardakı xarakterik “qəlsəmələr” və buraxılış sisteminin dörd çıxış borusu olan aqressiv kuzov dəstini dekabrda debüt etmiş oxşar AMG kupesindən götürüb. Çoxqatlı yumşaq dam üç rəngdə təklif olunur: qara, boz və ya qırmızı.
Elektrik ötürməsi yumşaq damı 60 km/saat həddinə qədər sürətlərdə 20 saniyədən az müddətdə qatlaya və ya qaldıra bilir. Avtomobilin kuzovu əlavə olaraq gücləndirilib, üstəlik, oturacaqların arxasında açılan təhlükəsizlik qövsləri quraşdırılıb. Bu qövslərin əsas vəzifəsi avtomobilin aşması halında salondakı insanları qorumaqdır.
Alüminium və karbondan hazırlanmış mütləq AMG atributlarına əlavə olaraq, “bərkgedən” kabrioletin salonun əsas əlaməti standart Aircap və Airscarf sistemləridir (digər versiyalar üçün bu sistemlər opsiyadır).
Birinci, ön şüşənin üstündə və ikinci oturacaqların arxasındakı açılan hava axınının sakitləşdiriciləri daxildir ki, bu da salondakı turbulentliyi azaldır. "Hava şərfi" isə, ön tərəfdəki sürücü və sərnişinin çiyin və boyun zonalarına isti hava verən ön oturacaqlardakı hava kanallarıdır.
Baqajda, damın bağlı və ya açıq olmasından asılı olaraq öz mövqeyini dəyişən elektriklə idarə olunan bölücü var. Baqajın həcmi müvafiq olaraq 385 və ya 295 litrdir. Arxa cərgənin kürək hissəsi 60:40 nisbətində qatlanır.
Texniki cəhətdən Mercedes-AMG CLE 53 4Matic+ Cabriolet bənzər kupeni təkrarlayır. Kapotun altında 3,0-litrlik M256 sırlaı altısilindrli (449 at qüvvəsi, 600 Nm) və quraşdırılmış 48-voltluq startyor-generatoru (23 at qüvvəsi, 205 Nm) olan doqquz pilləli AMG Speedshift TCT 9G avtomatik transmissiyası var.
4Matic+ tam ötürmə sistemi və adaptiv AMG Ride Control asqısı olan tam idarələnən şassi standart avadanlıqdır.
Kabriolet 100 km/saat həddinə 4,4 saniyəyə sürətlənir. Race Start funksiyasına malik olan opsional AMG Dynamic Plus paketini sifariş etdikdə, sürətlənmə müddəti 0,2 saniyə azalaraq 4,2 saniyə təşkil edir. Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılıb, lakin əlavə ödəniş qarşılığında onu 270 km/saat həddinə qədər çəkmək olar.
Mercedes-AMG CLE 53 kabrioletinin qiyməti yayda başlanması planlaşdırılan satışlara yaxın məlum olacaq. Açıq versiyanın Almaniyada 91.500 avrodan başlayan qiymətlərlə satılan CLE 53 kupesindən baha olacağı aydındır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.