Yeni Mercedes-Benz GLC modelinin AMG versiyaları keçən ilin yayında debüt ediblər, lakin o zaman yalnız universal kuzovlu avtomobillər nümayiş olunub. İndi isə, yalnız kuzovun forması ilə fərqlənən kupeşəkilli krossoverlər təqdim ediliblər.

Xatırladaq ki, Mercedes-Benz GLC Coupe modelinin ikinci nəsli yazda debüt edib. Adi GLC modeli kimi, kupeyə bənzəyən AMG krossoveri də iki versiyada təklif olunur - başlanğıc səviyyəli GLC 43 və ən ekstremal GLC 63 S E Performance. Qeyd etmək gərəkdir ki, onların V6 və ya V8 mühərrikləri yoxdur.

Mercedes-AMG GLC 43

Mercedes-AMG GLC 43 modelinin kapotunun altında çox maraqlı konstruksiyası olan 2,0-litrlik M139l “turbodördlüyü” yerləşib: o, 48 voltluq elektrik şəbəkəsindən qidalanan elektrik mühərrikinə malikdir.

Elektrik mühərriki dəqiqədə 175 min dövrə qədər fırlanır və elektronikanın əmri ilə dərhal işləməyə başlayır, habelə “turboçala” effektini minimuma endirmək üçün kompressor çarxını sürətləndirir.

Mercedes-AMG GLC 63 S E Performance

Hərəkətə başlayarkən əlavə 14 at qüvvəsini təmin edən startyor-generator da var. Hibrid güc qurğusunun ümumi hasilatı 421 at qüvvəsi və 500 Nm təşkil edir. Pasport üzrə 100 km/saat sürətlənmənin müddəti 4,8 saniyədir, maksimal sürət isə 250 km/saat həddində məhdudlaşdırılıb.

63 indeksli modelinin güc qurğusu daha mürəkkəbdir. Kapotun altında gücü 476 at qüvvəsinə qədər artırılmış eyni M139l turbomühərriki yerləşir, arxa oxda isə, iki pilləli transmissiya ilə bir blokda birləşdirilmiş 204 at qüvvəli dartma elektrik mühərriki quraşdırılıb.

Mercedes-AMG GLC 63 S E Performance

Güc qurğusunun ümumi hasilatı 680 at qüvvəsi və 865 Nm təşkil edir. Dartma akkumulyatorunun nominal tutumu 6,1 kilovat-saatdır ki, onun də 4,8 kilovat-saatı əlçatandır. 100 km/saat sürətlənmə 3,5 saniyə çəkir, maksimal sürət elektronika tərəfindən 275 km/saat həddində məhdudlaşdırılıb.

Hər iki superkrossover hidrotransformatorun əvəzinə yaş muftası olan 9-pilləli AMG Speedshift MCT 9G planetar avtomatik transmissiyası ilə təchiz edilib. AMG GLC 43 Coupe modelində tam ötürmə daimidir, AMG GLC 63 S versiyasında isə, ön oxda qoşulma muftası olan versiya quraşdırılıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki avtomobildə adaptiv yaylı asqı və tam idarə olunan şassi var. GLC 63 S modeli standart olaraq 48 voltluq elektrik sistemindən işləyən aktiv stabilizatorlarla təchiz edilir. Ön əyləclər altı porşenli, arxa əyləclər isə bir porşenli supportlara malikdirlər.

Güclü kupeşəkilli  krossoverlərin qiymətləri və bazara çıxma tarixləri hələlik açıqlanmayıb. Hazırda Almaniyada Mercedes-AMG GLC 43 modeli 86 870 avrodan, GLC 63 isə 121 856 avrodan başlayan qiymətlərlə satılırlar. Güman etmək olar ki, Coupe indeksli versiyalar bir qədər baha olacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.