Bu yaxınlarda Sankt-Peterburq şəhərində yerləşən Truck Garage firması tərəfindən, sovet istehsalı olan ГАЗ-69 yolsuzluq avtomobilini yenidən bərpası planları barədə xəbər vermişdik. Yeni avtomobilin, köhnə offrouder’in rama və banı istifadə edilməklə hazırlanacağı da artıq məlumdur. Bundan əlavə, bərpa olunacaq avtomobil, amerikan istehsalı olan Dana markalı on və arxa körpülər, oxlararası differensialın bloklanması olan tam çəkiş sistemi, tənzimlənən amortizatorlar və Chrysler 545 RFE sürətlər qutusu ilə təchiz olunacaqdır.

Avtomobil həmçinin, diskli əyləc sistemi və offroud şinləri ilə təchiz edilmiş 17-düymlük xüsusi disklərlə də komplektləşdiriləcəkdir. Yeni ГАЗ-69 6,4-litrlik  425 at qüvvəsi gücü olan HEMI mühərriki ilə hərəkətə gələcəkdir. Alternativ olaraq, həmin mühərrikin 360 at qüvvəli 5,7-litrlik variantı da seçilə bilər.

Avtomobilin üç variantda - sərt damla, açılan parça tavanla və pikap banı ilə buraxılacağı ehtimal olunur. Əvvəllər Truck Garage firması avtomobilin zahiri görkəmini təqdim etsə də, onun daxili görkəmini əks etdirən şəkillər dərc etməmişdir. 

Artıq, bərpa ediləcək yolsuzluq avtomobilinin interyerinin şəklini də görə bilərik. Xatırladaq ki, salonun tərtibatında dəridən istifadə olunacağını, ön oturacaqların elektriklə tənzimlənəcəyini, avtomobilin avadanlıqları siyahısına multimediya və bluetooth sisteminin daxil olduğu məlumdur.

Image alt Image alt Image alt