Amerikanın iSeeCars agentliyinin mütəxəssisləri son 5 ildə ən çox ucuzlaşan avtomobilləri sıralayıblar. Üç milyon sövdələşməni təhlil etdikdən sonra məlum olub ki, ölkədə orta hesabla beş yaşlı avtomobil ilkin qiymətinin üçdə birini (33,3 faiz) itirir, bununla belə, qiymətinin yarısından çoxunu itirən modellərin bütöv bir qalaktikası da mövcuddur. Söhbət əsasən Avropada istehsal olunan premium avtomobillərdən gedir, lakin istisnalarsız da ötüşməyib.
iSeeCars icmalçıları beş yaşlı BMW 7-Series sahiblərinin satış zamanı, avtomobilin qiymətinin 56,9 faizini və ya təxminən 62 min dollar itirirdiklərini aşkar ediblər - bu, mütləq rekorddur. "Antiliderlərin" ilk üçlüyündə Maserati Ghibli (zərər - 56,3%) və Jaguar XF (54%) yer alır. İlk onluqda isə, Mercedes-Benz S-Class (51,9%), Audi A6 (51,5%) və Volvo C90 (51,4%) modelləri də var.
Antireytinqin qalan mövqelərini tamölçülü ofrouderlər tutur: ilk beşliyə Infiniti QX80 (52,6%) və Cadillac Escalade ESV (52,3%) modelləri daxil olub, yeddinci yerdə Lincoln Navigator (51,9%) qərarlaşıb və antireytinqi Ford Expedition (50,7%) modeli tamamlayıb. Bahalı sedan və ofrouderlərinin sürətlə köhnəlməsini qismən tezt-tez aparılan radikal yeniləmələrlə izah etmək olar.
Nisbətən sadə modellər beş il müddətində daha az ucuzlaşırlar: reytinqin lideri iki və dörd qapılı Jeep Wrangler ofrouderidir, ilk onluğa Porsche 911, Toyota Tacoma, Honda Civic, Subaru BRZ, Ford Mustang, Toyota Corolla, Nissan Versa və Chevrolet Camaro daxildir.
Eyni araşdırmada, iSeeCars icmalçıları bu il yenilərindən daha baha başa gələn üçillik avtomobilləri sadalayıblar. Mütəxəssislər belə bir rubrikanın nonsens olduğunu vurğulayıblar - yəni əvvəlki illərdə üçillik avtomobillərin satışı zamanı itirməmək demək olar ki, mümkün deyildi. Bu barədə ətraflı məlumatla növbəti xəbərdə tanış ola bilərsiniz.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.