Bir neçə gün əvvəl Toyota şirkəti noyabrın 16-da "dirçəldiləcək" hibridin təqdimatının keçiriləcəyini bəyan etmişdi. Naməlum hibridin Toyota Prius modelinin yeni nəslinin olduğunu güman edirdik və bu gün bu fərziyyə öz rəsmi təsdiqini tapıb.
Yapon avtomobil istehsalçısı bütün şübhələri aradan qaldıran yeni tizeri dərc edib: beləliklə, beşinci nəsil Toyota Prius modelinin debütü noyabrın 16-na planlaşdırılıb. Göründüyü kimi, Prius modelinin dizaynı nazik LED optika sayəsində müasirləşəcək, lakin hibrid avtomobil kuzov formasını qoruyub saxlayacaqdır.
Bu dəfə yeni Prius modelinin ön tərəfini nümayiş etdiriblər. Tizerdə ön fənərlərin dizaynını göstərilib. Dizayn baxımından yeni Prius, Yaponiya bazarı üçün nəzərdə tutulmuş yığcam Crown Sport krossoverinə bənzəyir. Yeri gəlmişkən, doğma Yaponiya “beşinci” Prius üçün ilk bazar olacaqdır. Onun ABŞ bazarındakı satış debütü isə, yalnız gələn ilin yayında baş tuta bilər.
Öz insaydları ilə məşhur olan Yaponiyanın “BestCarWeb” nəşri daha əvvəl nəsil dəyişdirən Prius modelinin benzin-elektrik güc qurğusunu qoruyub saxlayacağını və hidrogenlə çalışan modifikasiyaya sahib olacağını bildirmişdi.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.