Warner Bros. kinostudiyası Betmən haqqında çəkilən yeni “Ədalət liqası” filmindəki baş qəhrəmanın nəqliyyat vasitəsi olacaq Betmobilin ilk şəklini dərc etmişdir. Eyni adlı komikslər əsasında çəkilən superqəhrəmanlar haqqında filmin rejissoru Zak Snayderdir. Yeni Betmobil pulemyotlarla, raket qurğuları və toplarla təchiz ediləcəkdir. Comicbookmovie saytının verdiyi xəbərə görə, avtomobili “Ədalət liqasına” məxsus olan “Uçan tülkü” (The Flying Fox) adlı dirijabla da yükləmək mümkün olacaqdır.
“Ədalət liqası” adlanan xəyali təşkilata Betmənlə yanaşı Möcüzə-qadın, Akvamən, Kiborq və Fləş daxil olacaqdırlar. Bundan əlavə, filmdə “Torpaq qurdu” (Nightcrawler) adlı təkoturacaqlı avtomobil də iştirak etməlidir. “Filmdə belə bir epizod olacaqdır ki, biz orda tamaşıçılara tuneli götərəcəyik. Bu tuneli Metropolis və Qotemin arasında salmamlı idilər, lakin, layihə tamamlanmamış qalmışdır. Burada Betmobillə hərəkət etmək çətin olduğundan “Torpaq qurdu” ilə manevrlər etmək daha rahat olacaqdır” – deyən filmin prodyüseri Debora Snayder daha bir avtomobilin peyda olacağına açıqlıq gətirmişdir.
Bu kinofilm 2017-ci ilin 17 noyabrda ekranlara çıxmalıdır.