Amerikan təkər istehsalçısı olan BFGoodrich şirkəti, daha möhkəm konstruksiyası olan xüsusi “ofroud” şüşəsilənlərini buraxıb
BFGoodrich şirkəti özünün ofroud şinləri ilə məşhurdur, lakin amerikalılar rezin məhsullarının çeşidini genişləndirməyə qərar veriblər və xüsusilə də sərt istismar şəraiti üçün nəzərdə tutulmuş şüşəsilənlər buraxıblar. Bu şüşəsilənlər sırf ofrouderlərlər üçün hazırlanmışdır və istehsalçının əmin etdiyi kimi, xüsusilə möhkəm konstruksiyası ilə fərqlənirlər. BFGoodrich Off Road şüşəsilənlərinin dizaynı, All-Terrain T/A KO2 potektorlarından ilham alınaraq yaradılmışdır və Scrub-X Extreme Weather Performance texnologiyası şüşələrin çirkdən, qardan, sudan və həşəratlardan yeyin təmizlənməsini təmin edir.
“Ofroud” şüşəsilənlərinin su itələyici örtüyü onların üzərində buz əmələ gəlməsinin qarşısını almalıdır və xüsusi X-Flex bərkitmələri şüşəsilənlərin ön şüşə ilə ən sıx təmasını təmin edəcəkdir. Bundan başqa, BFGoodrich asan quraşdırma üçün Secure-X konnektorunun olduğunu qeyd edib. Lakin, diqqətəlayiq olan bu şüşəsilənlərin qiymətidir - cütlük üçün 80 dollar. Bu, istənilən universal şüşəsiləndən bir neçə dəfə bahadır.