Audi idarəçiliyi dəyişdirmənin bir hissəsi olaraq Ferrari komandasın sabiq rəhbəri Mattia Binottonu formula 1 layihəsinin başına gətirib.

Kokpit.az bildirir ki, Mattio Binotto avqustun 1-dən etibarən Audi Formula 1 layihəsinin rəhbəri və texniki direktoru olacaq. Binotto 2026-cı ildəki ilk yarışdan əvvəl Audi-nin Formula 1-dəki işlərini idarə edəcək. 

Bu dəyişikliklər Sauber-in rəhbəri Andreas Zaydl və daha əvvəl idrə heyətinin rəhbəri olan Oliver Hoffmanın layihədən ayrılması ilə reallaşıb. Binottonun təyinatı Sauber-in xal almadığı və komanda daxilində söz-söhbəti yayıldığı dövrdə gəlib. İtalyan mütəxəssis birbaşa Audi-nin idarə heyətinə izahat verəcək və komanda artıq daha fərqli quruluşa sahib olacaq.

Audi-nin idarə heyətinin rəhbəri Gernot Dölner: “İddialı Formula 1 layihəmiz üçün Mattia Binottonu buraya gətridiyimiz üçün çox xoşbəxtəm. Onun 25 ildən artq Formula 1 təcrübəsi var və bununla Audi-yə çox şey qatacaq. Məqsədimiz dəqiq Formula 1 layihəsini daha yaxşı vəziyyətə gətirməkdir”.

Qeyd edək ki, Mattia Binotto 2023-cü ilin sonunda Ferrari komandasının rəhbərliyindən istefa verdikdən sonra Formula 1-də heç bir layihədə işləməmişdi.

Andreas Zaydl isə 2023-cü ilin sonunda McLaren-dən ayrılaraq, Sauber komandasına gəlmişdi.

Gernot Dölner sonda bunları əlavə edib: “Oliver Hoffman cə Andreas Zaydla idmana giriş prosesindəki işlərinə görə təşəkkür etmək istəyirəm”.