Hemmings hərrac evi satışlara 1964-cü ilin Volkswagen Beetle modelini çıxarıb. Odometrində 35 kilometrlik yürüş məsafəsi olan avtomobil üçün bir milyon dollar istənilir.
Qara rəngli “Böcək” 54 il bundan öncə Potrlendə mexanik işləyən Rudi Zvariç satın alıbdır. O, bu avtomobili sahib olduğu 1957-ci ilin Volkswagen Beetle modeli üçün donor kimi əldə edib. Lakin, ehtiyat hissələrinə ehtiyac olmadığından avtomobi bu müddət ərzində qarajda istifadəsiz qalıb.
Avtomobil, kozov rəngi də daxil olmaqla ideal vəziyyətə qalıbdır. Onun bütün detalları – şüşəsilənləri, təkər qapaqları orijinaldır. Hətta, avtomobilin arxa görüntü güzgüləri zavod qablamasından belə çıxarılmayıb.
Xatırladaq ki, 1938-2003-cü illər arasında 21,5 milyon ədəd Volkswagen Beetle modeli istehsal edilib.