Bu gün Porsche şirkətinin mətbuat xidməti Tsuffenhauzendəki zavodun konveyerindən bir milyonuncu 911 modelinin çıxdığını bəyan etmişdir. Porsche 911 modeli istehsalına başlanıdığı 1963-cü ildən bu günə qədər idman avtomobilləri arasında ən çox satılan modellərdəndir.
Eyni zamanda, bu model Porsche şirkətinin ən vacib strateji modellərindən biri sayılır və alman istehsalçısına ən çox gəlir gətirən avtomobillərindəndir. Bu gün konveyerdən çıxmış milyonuncu Porsche 911 Carrera S modeli xüsusi “İrlandiya yaşılı” rənginə boyanmış və 1963-cü ildə debüt edən ilk sportkarın üslubunda olan eksklyuziv opsiyaları əldə etmişdir. Avtomobil qızılı yaz;lara, 1000000 rəqəmi olan emblemlərə, 20 düymlük Fuchs disklərinə, qırmızı ağacdan işləmələrə sahib olmuşdur. Sportkar 450 at qüvvəli 3,0-litrlik turbomühərrik və mexniki ötürmələr qutusu ilə hərəkətə gəlir.
Porsche AG şirkətinin Müşahidə şurasnın sədri Volfqanq Porşe ilk gündən başlayaraq bütün 911 modellərinin hazırlanmasında iştirak etmişdir.
“54 il əvvəl atam məni özü ilə Qrossqlokner aşırımı ilə səyahətə götürmüşdü. 911 modelində səfər etdiyim zaman əldə etdiyim hissiyyatlar, bu gün də illər bu öncə olduğu kimi parlaq şəkildə yadımdadır. Bu illər ərzində 911 modeli bizim markanın başlıca dəyərlərini özündə cəmləmiş və hazırda da 1948-ci ildə buraxılan ilk Porsche 356/1 modeli kimi mükəmməl olaraq qalır”.
Volfqanq Porşe milyonuncu avtomobilin sükanı arxasında
Porsche 911 bütöv bir idman avtomobilləri sinfinin əsasını qoymuş və bu günə qədər ona liderlik edir.
Təkcə 2016-cı ildə bütün dünyada 32365 ədəd bu modeldən satılmışdır. Buna baxmayaraq, sportkar eksklyuzivliyini qoruyub-saxlayaraq avtomobil kolleksiyaçıları arasında yüksək tələbata malikdir. Porsche 911 modelinin kefiyyəti əfsanəyə çevrilmişdir ki, buraxılan avtomobillərin 70% bu gün də istismar olunurlar. Eyni zamanda, 911 modeli avtomobil idmanında da yüksək nailiyyətlərə malikdir – 30 min yarış qələbəsinin yarısı 911 modelinə məxsusdur.
İstehsal edilmiş milyonuncu avtomobil istehsalçının muzeyində qalacaqdır. Lakin, Porsche muzeyindəki layiqli yerini almamışdan öncə avtomobil dünya turnesinə yollanacaqdır. O həmçinin, məşhur Nürburqrinq trekində də öz mükəmməlliyini nümayiş etdirəcəkdir.