Autograph jurnalının ilk çıxışı 2002-ci ilin aprel ərsəyyə gəlmişdir. Mən, Natiq Zərbəliyev və Zəka Əlibəyov ilk çıxışın üzərində 6 ay çalışmışdıq. Birinci nüsxənin təqdim etmə mərasimi Avropa Hotelində baş tutdu.
Biz bazara ilk dəfə yüksək keyfiyyətlə çap olunmuş avtomobil lifestyle jurnalını təqdim etdik. Üz qabığında Aygün Kazımova və avtomobili idi. İkinci çıxışında isə o ilin ən dəbdəbəli avtomobili, 2-ci nəsil “Dörd gözlü” Mercedes-Benz E-class idi.
11 ildən sonra isə zamanın standartları bizi internet məkana miqraisya etməyimizi tələb etdi. Bunu həyata keçirdim və yanılmadım. Son çap verisya 2012-ci ilin dekabr ayında işıq üzü gördü. Üz qabığında 2012-ci ilin motosilki Ducati Panigale idi. Şəkili xüsusi olaraq Bayraq Meydanında fotoqrafımız Vüsal Verdiyev çəkdi.
2013-cü ildən Autograph jurnalı vebsayt olaraq fəaliyyət göstərir və gündəlik xəbərlərlə bölüşür. Bizim məqsədimiz müəllif haqqlarını qorumaqla yanaşı, digər xəbər portallarından fərqli olaraq ancaq pozitiv xəbərləri nəşr etməkdir.
Diqqətinizə son çıxışımızın virtual verisyasını təqdim edirəm. Baxmaq üçün buraya tıklayın.