BMW şirkəti 1 Series hetçbekinin ekoloji cəhətdən təmiz versiyasını hazırlamaq niyyətindədir. Bu barədə Auto Express nəşrinə BMW i bölməsinin rəhbəri Robert İrlinger bildirib.
BMW 1 Series modelinin elektrik versiyası DYM-li hetçbekdən «bütöv» radiator barmaqlığıŞ orijinal rəng çeşidi və yükləmə qurğusunun girişi ilə seçiləcəkdir. Elektrokar BMW i3 S modelinin güc qurğusuna sahib olacaqdır.
![](https://autograph.az/../images/84731_src.jpg)
Məlum olduğu kimi, BMW i3 S modeli 184 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən elektromotor və 33 kVs batareya ilə təchiz edilir. Bu halda elektrikləşdirilmiş 1 Series WLTP dövrünə əsasən 200 km qət etmək şansına malik olacaqdır. Elektrokarın iki mühərrikli tam ötürməli versiyasının buraxılacağı da istisna olunmur.
BMW i bölməsi beş il ərzində 12 elektrokar və 13 qoşulan hibridi buraxmağı planlaşdırır. Yaxın zamanlarda iX3 elektrik krossoverinin və iNext modelinin təqdimatı gözlənilir.
Mənbə: Auto Express