BMW şirkəti Quançjouda keçirilən avtosalonda sedan kuzovlu 1-Series modelini təqdim etmişdir. İstehsalçının düşüncələrinə görə, bu avtomobil gənc alıcıları alman markasının müştərilərinin sıralarına cəlb etməlidir. Bununla belə, BMW 1-Series sedanı yalnız Çin bazarında satılacaqdır.
Avtomobil Billiance-BMW ittifaqının birgə müəssisəsində istehsal ediləcəkdir. Yeni avtomobil öndənçəkişli UKL platformasında yığılacaqdır. Bu platformadan MİNİ modellərinin, həmçinin X1 krossoverinin və 2-Series Active Tourer kompaktveninin istehsalında istifadə edilir. Yığcam sedanın hazırlanmasında alman istehsalçısının Münhendəki mənzil-qərərgahının mütəxəssisləri ilə birlikdə çinli mütəxəssislər də iştirak etmişdirlər. Sedan üçün üç modifikasiya nəzərdə tutulmuşdur ki, bunlar da 118i, 120i Luxury və 125i Sport modifikasiyalarıdır. Sedanın baza varianti 136 at qüvvəli 1,5-litrlik turbomühərriklə təklif ediləcəkdir. 120i modifikasiyası isə 192 at qüvvəli 2,0-litrlik mühərriklə, 125i modifikasiyası isə 231 at qüvvəli mühərriklə təchiz ediləcəkdir.
Çin bazarında bavariyalı sedanın əsas rəqibləri Audi A5 və DS5 LS avtomobilləri olacaqdır. BMW 1-Series sedanının qiymətləri 180 min yuani (45 min AZN) təşkil edəcəkdir.