BMW şirkəti 1 Series (F70) hetçbekinin bir sıra təkmilləşdirmələri və dəyişiklikləri aldığını elan edib. Onların hamısı noyabr ayından etibarən əlçatan olacaqlar. Yeni başlanğıc versiyası - BMW 116 modeli 1,5-litrlik turbomühərrik (122 at qüvvəsi, 230 Nm) və yeddi pilləli Steptronic “robotu” ilə təchiz ediləcək və 100 km/saat həddinə 9,8 saniyəyə sürətlənəcək.

Tam ötürməli BMW 123 xDrive versiyası da çeşidə əlavə edilib. O, 48 voltluq üstqurumu olan 2,0-litrlik benzin turbomühərriki (218 at qüvvəsi və 360 Nm) və robotlaşdırılmış transmissiya ilə təchiz edilir. Belə hetçbek 100 km/saat həddini 6,3 saniyəyə toplayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, ən maraqlı yenilik “bərkgedən” BMW M135 xDrive modeli üçün nəzərdə tutulmuş M Technology dəstidir. Bu dəst hetçbekin idarəetmə xüsusiyyətlərini yaxşılaşdıracaq, lakin onu indi olduğundan daha sürətli etməyəcək.

Dəstə ön amortizatorların gücləndirilmiş ştokları, yüngülləşdirilmiş alüminium stabilizatorlar və gövdənin altındakı əlavə dayaqlar daxildir. Bonuslara M Compound əyləcləri, 19 düymlük M forged diskləri, inteqrasiya olunmuş başlıqları olan M Sport oturacaqlar və M High-gloss Shadowline xarici qara parlaq dekor daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

M135 xDrive kapotunun altında heç bir dəyişiklik yoxdur. 2,0-litrlik B48 turbomühərriki 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir və “robot” ilə tandemdə çalışır.

Sələfi F40ilə müqayisədə 100 km/saata sürətlənmə vaxtı 4,7 saniyədən 4,9 saniyəyə qədər artıb. Maksimal sürət dəyişməyib - 250 km/saat. Almaniyada belə bir hetçbek üçün 56 200 avro istəyirlər, BMW 116 isə, 32 900 avroya başa gələcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.