BMW şirkəti bu il öz 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu təntənəli yubileyin önəmini göstərmək üçün alman şirkəti «Növbəti 100 il» devizi altında yeni layihəni təqdim etmişdir. BMW Vision Next 100 Concept adını almış futurustik kupe sürücünün tələblərinə uyğunlaşan dinamik xarakterli sedan görkəminə malikdir. Avtomobil iki idarəemə rejiminə malikdir - Boost («Dəstək») və Easy («Səlislik»).

Birinici rejim yüksək təcrübəli sürücü üçün nəzərdə tutulmuşdur. İkinci halda isə, salonda olan sükan və cihazlar paneli də daxil olmaqla bütün «artıq əşyaları» yığışdırılaraq sürücüyə sərnişinlərlə üzbəüz oturaraq ünsiyyət yaratmağa imkan yaradır.

BMW Vision Next 100 Concept avtomobilinin futurustik kuzovu 0,18 bərabər aerodinamik müqavimət əmsalına malikdir. Avtomobilin qabarit uzunluğu 4900 millimetrə bərabərdir ki, bu da hazırda istehsal edilən 5-Series avtomobilindən bir az qısadır. Konseptin kuzovu nadir materiallardan - karbon liflərinin və plastikin qarışığından hazırlanmışdır.

Bununla belə, avtomobilin kuzov panellərinin bir hissəsi karbon liflərinin emalı zamanı əldə edilmiş qalıqlardan istehsal olunmuşdur. Qarşımızda sedan olsa da, avtomobil dörd qapılı kuzovu olan BMW 4-Series Gran Coupe v’ 6-Series Gran Coupe modellərini xatırladır.

Hər şeydən əlavə, BMW Vision Next 100 Concept nadir taybatay açılan qapılara malikdir. Avtomobilin interyerinin tərtibatında müasir avtomobillərdəki materiallardan fərqli olan təkrar emal edilən materiallardan istifadə edilmişdir. Bu konseptdə Alive Geometry («Canlı geometriya») adlı texnologiyadan istifadə edilmişdir ki, bu da cihazlar paneli və yan qanadların hazırlanmasında istifadə edilən 800 ədəd hərkət edən üçbucaqlardan  ibarətdir.

Bu texnologiya, təhlükə zamanı sürücünün anlayacağı intuitiv sıqnallar göndərərək avtomobil ilə sahibi arasındakı qarşılıqlı anlaşmanı yaxşılaşdırmağa  imkan yaradır. Bu konsept konsernin 100 illik yubileyinə həsr edilmiş dörd konseptdən biridir. Artıq yayda Rolls-Royce Grand Sanctuary adlı konseptin təqdim ediləcəyi məlumdur. Onun ardınca isə, Mini və BMW Mottorad öz konseptlərini təqdim etməlidirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt