BMW 1 Series ailəsinin yeni üç benzin versiyası təqdim olunub. Bu modifikasiyaların arasında ən maraqlısı idman xarakterli 128ti modelidir. Artıq baza versiyasında belə modifikasiya xüsusi tənzimləmələri olan M Sport asqısına, yükəsk sürtünməsi mexaniki differensiala, M Sport əyləclərinə və 265 at qüvvəli turbomühərrikə sahibdir.
Yeni BMW 128ti modifikasiyası payızda satışa çıxarılacaq 178 at qüvvəsi və 280 Nm fırlanma anına malik olan BMW 120i modeli ilə 306 at qüvvəsi və 450 Nm fırlanma anına malik olan tamötürməli M135i xDrive modeli arasında yer alacaqdır. "M" -dən fərqli olaraq, Turismo Internazionale modifikaisyası ön ötürməli olacaqdır. 128ti modifikasiyası adi hetçbeklərdən xüsusi xarici dekoru, genişləndirilmiş standart avadanlıq siyahısı və əlbəttə ki, 265 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik "turbodördlüyü" və səkkiz pilləli Steptronic Sport “avtomatı” ilə fərqlənəcəkdir.
BMW 128ti modeli 100 km/saat həddinə 6.1 saniyəyə sürətlənir. Müqayisə üçün: BMW 120i bu işə yeddi saniyə, M135i xDrive isə 4.8 saniyə sərf edir.
İdman hetçbekin arsenalında daha sərt yayları, amortizatorlar, köndələn dayanıqlılıq stabilizatorları və onların dayaqları olan hündürlüyü 10 millimetr azaldımış M Sport asqısı, ön oxdakı yüksək sürtünməsi mexaniki Torsen differensialı (sürətlənmə zamanı kilidləmə nisbəti 31%, əyləc zamanı – 26%), yenidən tənzimlənmiş M Sport sükan sistemi, öndə dördporşenli monoblok supportları, arxada isə “üzən” supportlar olan əyləcləri (disklərin ölçüləri, müvafiq olaraq, 360 x 30 və 300 x 20 millimetr) vardır.
Vizual olaraq, BMW 128ti modelini M Sport paketi ilə təchiz edilmiş digər modifikasiyalardan ön bamper və kandarlardakı parlaq haşiyələr, qara tərtibat elementləri (Almanya bazarında standart təchizata daxildir), Michelin Pilot Sport 4 şinləri taxılmış 18-düymlük təkər diskləri və 90 millimetrlik çıxış boruları olan Extended Shadowline dekoru sayəsində tanımaq olar.
Hetçbekin salon tərtibatında süni Sensatec dərisi və parçadan istifadə edilir. Bundan başqa, interyerdə qırmızı tikişlər və haşiyələr, həmçinin M kataloqundan olan aksesuarlar - rəngli təhlükəsizlik kəmərləri, pedal və kandar örtmələri, - tətbiq edilir.
Əlavə ödənişlə Dakota dərisi ilə örtülmüş idman oturacaqlarını, OS 7.0 əməliyyat sisteminə əsaslanan multimedia sistemini , rəqəmsal BMW Live Cockpit Professional cihazlar panelini və proyeksiya ekranını sifariş etmək olar.
BMW 128ti modelinin satışlarına bu noyabr ayında başlanacaqdır. Almaniyada hetçbekin qiyməti 41.574 avrodan başlayır. BMW M135i xDrive modeli üçün isə 48.252 avroya tələb olunur.