BMW şirkəti gələn il məşhur M-modellərini istehsal edən M GmbH bölməsinin 50 illik yubileyini qeyd edəcəkdir. Bavariyalı istehsalçı bu əlamətdar tarixi layiqincə bayram etmək üçün, marka pərəstişkarına ünvanlanmış bir neçə yubiley avtomobilini hazırlayır. Bu barədə məlumatı Britaniyanın “Car” jurnalı əldə edib.
Böyük ehtimalla, yubiley avtomobillərindən biri BMW M2 kupesinin bazasında hazırlanan və dörd elektrik mühərriki ilə hərəkətə gələn prototip olacaqdır. Güc qurğusunun ümumi hasilatı 1000 kilovat, yəni 1360 at qüvvəsi olan kupenin iM2 adlandırılacağı güman edilir.
BMW iM2 kupesinin 100 km/saat həddini 2,0-2,5 saniyəyə toplayacağı gözlənilir Bununla belə, superkarın sürətlənmə dinamikası təkcə güclə deyil,həm də təkərlərin asfalt səthilə ilişmə xüsusiyyətlərinə görə də məhdudlaşır. Mühəndislər şinlərin 120 km/saata qədər sürətlərdə quru asfalt üzərində yerində fırlanmağa qadir olduqlarını qeyd edirlər.
BMW iM2 elektromobilinin Nürburqrinqin məşhur “Şimal İlgəyini” yeddi dəqiqədən az müddətdə qət edə biləcəyi söylənilir. Bu isə, avtomobil güclü olmaqla yanaşı, həm də yüngül olacağına dəlalət edir. Çəkinin qənaət edilməsinə, tutumu açıqlanmayan batareya sayəsində mümkün olacaqdır.
Bununla belə, iM2 modelinin kütləvi istehsalı planları barədə heç nə deyilmir. Böyük ehtimalla, elektromobil BMW muzeyində yeganə nüsxədə buraxılmış prototip kimi nümayiş etdiriləcəkdir. Bununla birlikdə, M departamentinin mühəndislərinin elektrik ötürməsinə diqqət yetirməsinin, gələcəkdə bavariyalıların təklif edəcəyi model xəttində, çoxsaylı “bərkgedən” elektromobillərin olacağına ümid verir.