BMW əsaslı şəkildə olmasa da, modellərinin tez-tez yenilənməsi strategiyasına riayət edir. Üçüncü və dördüncü seriyadan sonra modernləşmə dalğası ikinci seriyadan olan kupelərə gəlib çatıb. Yığcam ikiqapılı cəmi üç il əvvəl buraxılıb, 2022-ci ildə yeni interyer əldə edib, indi isə, kupe üçün yeni təkmilləşdirmələr dəsti hazırlanıb.

Xarici dəyişikliklər minimaldır, lakin bundan sonra M Sport kuzov dəsti standart paketə daxildir və ondan imtina etmək olmaz. Yalnız ön splitter, arxa spoyler, başqa təkər diskləri və daha güclü əyləclərdən ibarət olan daha aqressiv M Sport Pro paketini seçmək mümkündür.

Bu dəst M240i versiyası ilə standartdır. Xrom tərtibatdan demək olar ki, tamamilə çıxarılıb, bunun əvəzinə qara dekordan daha çox istifadə olunur. Kuzov rənglərinin palitrası və təkər disklərinin seçimi genişləndirilib.

Salonda hava axınnı idarə edən başqa düymələri olan yeni deflektorlar peyda olub. iDrive media sistemi QuickSelect sürətli giriş menyusu olan OS 8.5 versiyasına qədər yenilənib. Bu, fiziki açarların sayının daha çox ixtisara salınması deməkdir.

Ancaq kontur işıqlandırması daha çox sayda çalar və iş rejimi əldə edib. Artıq bazada aşağı hissəsi “kəsilmiş” M sükan çarxları quraşdırılır. Ancaq yenə də M-kresloları, həmçinin süni Sensatec dərisi və ya Vernasca dərisi üçün əlavə ödəniş tələb olunur. 

Əvvəllər mövcud olan alüminium, karbon və ya ağacdan dekorativ örtüklərə əlavə olaraq, Crafted Clarity şüşəsindən hazırlanmış tərtibat variantı da peyda olub.

Mülki versiyaların texniki hissəsi dəyişməyib. 2,0-litrlik benzin “turbodördlüyü” BMW 218i (156 at gücü, 250 Nm), BMW 220i (184 at qüvvəsi, 300 Nm) və BMW 230i (245 at qüvvəsi, 400 Nm) arxa ötürməli versiyalarında quraşdırılır. Sonuncu  versiya 100 km/saat həddini 5,9 saniyəyə yığır. 

Eyni zamanda, 48 voltluq startyor-generatoru olan BMW 220d (190 at qüvvəsi, 400 Nm) dizel versiyası da qorunub saxlanılıb. 3,0-litrlik altısilindrli turbomühərriki (374 at qüvvəsi, 500 Nm) olan BMW M240i kupesi indi yalnız xDrive tam ötürməsi ilə təklif edilir.

Belə kupenin 100 km/saat həddinə sürətlənməsi 4,3 saniyə çəkir. Bütün sadalanan versiyalar səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir.

Çeşidin zirvəsində BMW M2 ekstremal versiyası dayanır. “Bərkgedən” kupe texniki yenilənmələri alıb. 3,0-litrlik S58 altısilindrli biturbo mühərrikinin gücü 460-dan 480 at qüvvəsinə qədər yüksəldilib, fırlanma anı isə, ötürmələr qutusundan asılıdır.

Altı pilləli mexaniki qutu seçilərsə, mühərrik eyni 550 Nm hasil edir, lakin səkkiz pilləli avtomatik transmissiyanı sifariş etdikdə, artıq fırlanma anı 600 Nm-ə çatır. Ötürmə - əvvəlki kimi yalnız arxa oxadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş BMW M2 kupesi 100 km/saat həddini toplamağa 0,1 saniyə az sərf edir: üç pedalı olan versiya bunu 4,2 saniyəyə, avtomatik transmissiyalı kupe, isə düz dörd saniyəyə həyata keçirir.

200 km/saat sürətlənmədə fərq daha nəzərəçarpandır - müvafiq olaraq, 13,7 və 12,9 saniyə. Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılıb, lakin əlavə ödəniş qarşılığında bu həddi 285 km/saata qədər çəkmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

M2 də daxil olmaqla, bütün BMW 2 Series kupeləri Meksikanın San Luis Potosi şəhərindəki zavodunda istehsal olunur və yenilənmiş avtomobillərin istehsalına avqust ayında başlanmalıdır. Qiymətlər artıq açıqlanıb: Almaniyada BMW 218i baza kupesi üçün ən azı 45 300 avro, BMW M2 üçün isə, minimum 76 600 avro tələb olunur. Üstəlik, M2 kupesi üçün “avtomat” deyil, mexaniki transmissiya (500 avro) opsiyadır!

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.