Dünən təqdim edilən yenilənmiş BMW 3 Series sedan və universalı, vahid şüşə altında birləşdirilmiş iki günəşliksiz ekranı alan yeganə model olmayıb. Eyni interyer tərtibatı G42 kodlu 2 Series kupesində də olacaqdır! Özü də, bu modelin kifayət qədər yeni olmasına baxmayaraq: yığcam kupenin debütündən heç bir il keçməyib, onun satışlarına isə, yalnız 2021-ci ilin sonunda başlanılıb.
BMW 2 Series Coupe
İkinci seriyada da “üçlükdə” olduğu kimi cihazlar panelinin ölçüsü 12,3 düym, media sisteminin sensorlu ekranının isə 14,9 düymdür. İqlimə nəzarət sisteminin ayrıca idarəetmə panelindən tamamilə imtina olunub: indi bütün idarəetmə multimedia sisteminin “dərinliklərində” yerləşir.
Yeni, artıq səkkizinci nəslin iDrive sisteminin özü bulud xidmətləri ilə işləmək üçün təkmilləşdirilmiş funksionallığa malikdir. Transmissiyanın coystikinin əvəzinə indi miniatür selektor var, üstəlik, ötürmələr qutusunun sükanaltı “ləçəkləri” standart təchizata daxildir.
BMW 218i
Eyni zamanda, G42 ailəsi iki yeni modifikasiya ilə tamamlanıb. Modifikasiya çeşidində 184 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərriklə təchiz edilmiş 220i versiyanın əvəzinə, 156 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodördlük” ilə təchiz edilmiş baza BMW 218i kupesi peyda olub
Baza kupesi səkkiz pilləli “avtomata” və arxa ötürməyə malikdir. 218i versiyası 100 km/saat sürətlənməyə 8,7 saniyə sərf edir.
BMW 240i Coupe
3,0-litrlik “turboaltılığı” (374 at qüvvəsi, 500 Nm) olan BMW M240i top versiyası indi təkcə tam ötürmə ilə deyil, həm də arxa ötürmə ilə təklif olunur. Səkkiz pilləli “avtomat” ilə təchiz edilmiş arxa ötürməli drift kupesi ilk “yüzlüyü” 4,7 saniyəyə toplaya bilər. Tam ötürməli kupe bu işə 4,7 saniyə sərf edir.
Yeni interyeri almış kupelərin istehsalına iyul ayında başlanılsa da, onları artıq sifariş etmək olar. Almaniyada baza BMW 218i kupesinin satış qiyməti 39 400 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.