BMW 3.0 CSL kupesi alman markasının ən bahalı yeni avtomobili olub. BMW şirkətinin İspaniyadakı distribyutoru kolleksiya kupesini 605 min avroya qiymətləndirib. 50 nüsxəlik tirajla buraxılacaq eksklüziv kupe keçən il təqdim edilib. O, donoru M4 CSL modelindən dizaynı, təchizatı, həmçinin gücü 560 at qüvvəsinə qədər artırılmış 3,0-litrlik biturbo mühərriki ilə fərqlənir.
Bu kupe keçən il BMW M bölməsinin yarım əsrlik yubileyinin şərəfinə hazırlanıb. Avtomobilin ucuz olmayacağı artıq o zaman məlum idi, çünki onun tirajı cəmi 50 nüsxə ilə məhdudlaşdırılmışdı. Kolleksiya avtomobillərdən biri tezliklə açıq hərracda satılacaqdır. Təşəbbüskar alman markasının İspaniyadakı distribyutoru BMW Iberica şirkətidir. Üstəlik, tövsiyə olunan qiymətdən artıq əldə ediləcək vəsaitin xeyriyyəçiliyə yönəldiləcəyi bildirilir.
Yeri gəlmişkən, kupenin qiyməti vergilər nəzərə alınmadan 605 min avrodan başlayır. Eyni qiymətə, məsələn, BMW M1 modelini almaq mümkündür. Avropa İttifaqının sakinlərinin ƏDV və qeydiyyat vergisi ödəməli olacaqlarını nəzərə alsaq, qiymıtin 800 min avroya qədər artacağını proqnozlaşdırmaq olar.
Bu məbləğə alıcı 3,0-litrlik S58 biturbo mühərriki (560 at qüvvəsi, 550 Nm), altı pilləli mexaniki ötürmələr qutusu, arxa ötürməsi və karbon-keramika əyləcləri olan avtomobili əldə edəcəkdir. Buraya 3.0 CSL kupesini orijinal M4 CSL modelindən fərqləndirən bir sıra xüsusi sifarişlə hazırlanmış hissələr də daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.