İlin əvvəlində BMW 4 Series kupe və kabrioletləri planlaşdırılmış restaylinqdən keçiblər. İndi isə, analoji təkmilləşdirmələr beşqapılı versiyalarda aparılıb – bunlar təkcə yanacaqla işləyən BMW 4 Series Gran Coupe modelləri deyil, həm də BMW i4 elektromobilləridir.

Avtomobillərin eksteryerində baş vermiş əsas dəyişikliklər gündüz hərəkət işıqlarının şaquli "dişləri" olan ön fənərlərin yeni LED içlikləridir. Hipertrofiyaya uğramış burun dəliklərinin haşiyələri indi tutqun xromdan hazırlanıb və əlavə ödəniş müqabilində parlaq qara rəng də təklif olunur. 

Bundan başqa, əlavə ödəniş qarşılığında arxa fənərləri Laserlight texnologiyası (yumşaq, rəvan işıqlandırma) ilə təchiz etmək mümkündür: belə fənərlər ilk dəfə BMW M4 CSL ekstremal versiyasında peyda olublar.

M Sport paketində yenilənmiş arxa diffuzor və buraxılış sisteminin böyüdülmüş çıxış boruları var. Kuzov rəngləri palitrasına yaşıl Cape York Metallic və qırmızı Veqas boyaları daxil edilib. Təkər disklərinin dizaynı da yenidən işlənib.

Salonda fiziki düymələrin sayı azaldılıb, lakin 8.5 versiyasına qədər yenilənmiş xüsusi əməliyyat sistemində indi QuickSelect sürətli giriş menyusu da var. Smartfonda olduğu kimi, əsas ekranında ən çox istifadə edilən funksiyaların etiketlərini quraşdırmaq olar. Dekorativ elementlərin yeni tərtibat variantları, həmçinin yaxşılaşdırılmış Sensatec süni dərisi var. Ön idman oturacaqları artıq standart təchizata daxildirlər.

Mühəndislər 2,0-litrlik baza turbomühərriklərində ciddi təkmilləşdirmələrin aparıldığını bildiriblər: qəbuledici klapanlar və yanma kameraları yenidən işlənib, həmçinin püskürtmə, alışma və buraxılış sistemlərinin tənzimləmələri yenilənib.

Ancaq bunlar əsas xüsusiyyətlərə təsir etməyiblər. Çeşidə 2,0-litrlik mühərriklərə malik olan 420i (184 at qüvvəsi), 430i (245 at qüvvəsi) və 420d (190 at qüvvəsi) versiyaları, həmçinin 3,0-litrlik altısilindrli aqreqatları olan M440i (374 at qüvvəsi) və 430d (286 at qüvvəsi) versiyaları daxildir. Onların hamısı yalnız səkkiz pilləli “avtomat” ilə təchiz edilir.

BMW i4 elektrik avtomobili əvvəlki kimi  iki arxa ötürməli versiyaya malikdir: eDrive35 (286 at qüvvəsi) və eDrive40 (340 at qüvvəsi). Onlara tamötürməli ikimühərrikli xDrive40 (401 at qüvvəsi) əlavə edilib. O, 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, ən güclü arxa ötürməli eDrive40 versiyası bu işə 5,6 saniyə sərf edir. Bununla belə, WLTP dövrünə əsasən pasport üzrə qət edilən məsafə 600-dən 548 kilometrə qədər azaldılıb. Çeşidin zirvəsində 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənən ikimühərrikli BMW i4 M50 xDrive (544 at qüvvəsi) dayanır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW 4 Series Gran Coupe və BMW i4 liftbəkləri Münhendəki zavodda istehsal olunurlar. Yenilənmiş avtomobillərin satışına iyul ayında başlanacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.