Bu günlərdə casuslar Nürburqrinq trekində sınaqlardan çıxarılan BMW 4 Series Convertible modelini yaxlamağa müvəffəq olublar. Şəkillərdən göründüyü kimi, yeni kabriolet açılan sərt dam ilə deyil, yumşaq tavanla təchiz edilibdir. Bu, yeni kabrioletin çəkisinin azalacağından, eyni zamanda, yanacaq sərfiyyatı effektivliyinin artacağından, həmçinin zərərli tullantıların səviyyəsinin azalacağından xəbər verir.

Yeni kabrioletin eksteryer və interyer dizaynı BMW 4 Series kupesini təkrar edəcəkdir. Kabrilet bu növ avtomobillərin mütləq olaraq təchiz edildiyi və aşma zamanı çıxan müdafiə qövslərinə malik olacaqdır. Bundan başqa, arxa cərgədəki divanın orta oturacağı əşyaların saxlanılması üçün nəzərdə tutulmuş bölmə ilə əvəzlənəcəkdir.

Image alt Image alt Image alt

BMW 4 Series Convertible modelinin 3 Series ailəsinin mühərrik çeşidində olan ən güclü benzin və dizel mühərrikləri ilə təklif ediləcəyi gözlənilir. Belə ki, başlanğıc versiyaları 420i və 420d modifikasiyaları, top versiyaları isə dördsilindrli 430i, və altısilindrli 440i və 430d modifikasiyaları ilə təmsil olunacaqdırlar.

Məlum məsələdir ki, kabrioletlər hibrid güc qurğuları və xDrive tam ötürmə sistemi ilə də təklif olunacaqdırlar. M4 Convertible isə, M4 kupesi ilə yanaşı, ailənin ən güclü fərdi olacaqdır.