Bu günlərdə Instagram sosial şəbəkəsində yeni nəsil BMW 4 Series modelinin kamuflyajsız şəkilləri dərc olunub. Şəkillərdə avtomobilin radiaotor barmaqlığının iri ölçülü «burunları», ön və arxa işıq texnikası aydın görünür. Kamuflyaj örtüyünün minimum səviyyəsində olması, yeni modelin yaxın zamanlarda debüt edəcəyindən xəbər verir. Çox güman ki, təqdimat mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.
Görünən odur ki, seriya modeli keçən il Frankfurt avtosalonunda debüt etmiş Cpncept 4 konseptinin dizayn üslubunu qoruyub-saxlayacaqdır. Konveyerə gedəcək avtomobil son BMW modellərində tətbiq edilən üslubda işıq texnikasına və nömrə nişanı ilə bölünən iri barmaqlığa sahib olacaqdır. Radiator barmaqlığının həddən ziyadə iri ölçülərinə gəldikdə isə, alman istehsalçısı belə barmaqlıqların alıcılar tərəfindən rəğbətlə qarşılandığını və bu üslubdan imtina etməyəcəyini bəyan edib.
Mənbə: BMWBlog