Bu günlərdə casuslar BMW 4 Series Convertible modelini demək olar ki, kamufluyajsız yaxlamağa müvəffəq olublar. Şəkillərdən göründüyü kimi, yeni kabriolet açılan sərt dam ilə deyil, yumşaq tavanla təchiz edilib. Bu, yeni kabrioletin çəkisinin azalacağından, eyni zamanda, yanacaq sərfiyyatı effektivliyinin artacağından, həmçinin zərərli tullantıların səviyyəsinin azalacağından xəbər verir.
Yeni kabrioletin eksteryer və interyer dizaynı BMW 4 Series kupesini təkrar edəcəkdir. Kabrilet bu növ avtomobillərin mütləq olaraq təchiz edildiyi və aşma zamanı çıxan müdafiə qövslərinə malik olacaqdır. Bundan başqa, arxa cərgədəki divanın orta oturacağı əşyaların saxlanılması üçün nəzərdə tutulmuş bölmə ilə əvəzlənəcəkdir.
BMW 4 Series Convertible modelinin mühərrik çeşidini bir müddət bundan öncə debüt etmiş kupe kuzovlu model ilə bölüşəcəyini söyləmək olar. BMW 4 Series kupesi üç benzin və üç dizel mühərriki, arxa və tam ötürmə ilə təklif edilir. Başlanğıc 420i modifikasiyası 184 at qüvvəli (300 Nm) 2,0-litrlik dördsilindrli turbomühərrik, 430i modifikasiyası eyni mühərrikin 258 at qüvvəli (400 Nm) variantı ilə təchiz edilir.
BMW M440i xDrive top modifikasiyası isə 374 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbomühərrik ilə təklif edilir. Top benzin versiya 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Dizel modifikasiyaları isə, 190 at qüvvəsinə və 400 Nm frılanma anına malik olan 2,0-litrlik (420d və 420d xDrive) , həmçinin 286 at qüvvəsi və 650 Nm fırlanma anına malik olan 3,0-litrlik (430d xDrive) dizel mühərrikləri ilə təchiz edilirlər. Top dizel modifikasiyası sayılan M440d xDrive kupesi 340 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbodizel ilə təchiz edilir. Top dizel 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir.
Bütün dizel mühərrikləri və 440i xDrive modelinin benzin mühərriki 11 at qüvvəsi hasil edən startyor-generatorunu əldə ediblər. Bütün mühərriklər səkkiz pilləli Steptronic transmissiyası ilə tandemdə çalışırlar. Əlavə ödənişlə bu qutunu Steptronic Sport variantı ilə əvəz etmək olar.
Məlum məsələdir ki, kabrioletlər hibrid güc qurğuları və xDrive tam ötürmə sistemi ilə də təklif olunacaqdırlar. M4 Convertible isə, M4 kupesi ilə yanaşı, ailənin ən güclü fərdi olacaqdır.