Cari nəsil BMW 4 Series kupe və kabrioletləri (G22/G23) 2020-ci ildə işıq üzü görüblər. Onların “bərkgedən” M-versiyaları isə, 2021-ci ildə bazara çıxıblar. Düz bir il əvvəl bu avtomobillər yenilənməyə məruz qalıblar: onlar böyük ekranı və “avtomatın” coystiki olan yenidən işlənmiş interyeri alıblar. İndi isə, bir sıra təkmilləşdirmələrlə müşayiət olunan planlaşdırılmış restaylinq aparılıb.

Avtomobilin zahirində baş vermiş əsas dəyişikliklər başqa ön fənərlərdən ibarətdir. Kupe və kabrioletlərdə şaquli “dişləri” olan yeni LED fənərlər quraşdırılıb. Əvvəlki kimi, əlavə ödəniş qarşılığında adaptiv matrisa fənərlər təklif olunur.

Bu opsiya sifariş edildikdə, ikiqapılı modellər ilk dəfə BMW M4 CSL modelində tətbiq olunan Laserlight texnologiyası ilə hazırlanmış yeni arxa fənərlər də quraşdırılır. Onlar lazerin köməkliyi ilə işıqlandırılan işıq borularından ibarət olan üçölçülü naxışına malikdirlər (baza fənərlərində işıqlandırma əvvəlki kimi diodlar tərəfindən təmin edilir).

Bamperlər və baza “burun dəlikləri” dəyişməyiblər, baxmayaraq ki, opsional M-paketi olan avtomobillərdə indi adi üfüqi çubuqları olan başqa barmaqlıqlar var.

Digər eksteryer dəyişiklikləri arasında iki əlavə kuzov rəngi (Cape York Green və Fire Red) və üç növ 19-düymlük disklər var. BMW M4 üçün dekorativ yapışdırmalar dəsti təklif olunur, döymə M disklərini isə, açıq gümüşü rəngə boyamaq olar.

İnteryerdə yeganə aşağı qolu, transmissiyanın sükanaltı dəstəkləri və işıqlandırılan düymələri olan yeni sükan çarxı, havalandırma sisteminin başqa deflektorları və genişləndirilmiş kontur işıqlandırması var.

Nəhayət, məlumat-əyləncə sistemi yenidən işlənmiş QuickSelect menyusu olan iDrive 8.5 versiyasına qədər yenilənib, proyeksiya displeyi isə, artıq artırılmış reallığı dəstəkləyir. BMW M4 üçün alkantara ilə üzlənmiş sükan çarxını sifariş etmək olar.

Adi ikiqapılıların texniki hissəsi dəyişməyib. Çeşiddə 420i (184 at qüvvəsi), 430i (245 at qüvvəsi) və M440i (374 at qüvvəsi) benzin, həmçinin 420d (190 at qüvvəsi), 430d (286 at qüvvəsi) və M440d (340 at qüvvəsi) dizel versiyaları var.

Bütün versiyalar səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışırlar. Ötürmə modifikasiyadan asılı olaraq arxa və ya tam ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc artımı yalnız tamötürməli BMW M4 Competition xDrive top versiyasında baş verib: onun 3,0-litrlik biturbo mühərrikinin gücü 510-dan 530 at qüvvəsinə qədər artırılıb, baxmayaraq ki, fırlanma anı dəyişməyib - 650 Nm. Kupe 100 km/saata 3,5 saniyəyə, kabriolet isə 3,7 saniyəyə sürətlənir. Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılıb. 

Arxa ötürməli BMW M4 (480 at qüvvəsi) və M4 Competition (510 at qüvvəsi) versiyaları güc göstəricilərini qoruyub saxlayıblar. Yeri gəlmişkən, 480 at qüvvəli versiya hətta altı pilləli mexaniki transmissiyasını qoruyub saxlayıb: o, bu ailədə yeganə üçpedallı versiyadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş BMW 4 Series kupe və kabrioletləri mart ayında satışa çıxacaqlar. Yenilənmiş ikiqapılı modellərə sifarişlər artıq qəbul olunur: Almaniyada kupenin qiyməti 52 900 avrodan, BMW M4 Competition xDrive kabrioletinin isə (bu, yumşaq damlı yeganə M modelidir) 111 800 avrodan başlayır. Bu yenilənmədən kənarda qalan yeganə model Gran Coupe liftbəkidir: o, daha sonra yenilənəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.