BMW şirkətinin növbəti dəfə model nomenklaturasını dəyişəcəyi barədə məlumat peyda olub. Yeni məlumata əsasən, alman istehsalçısı 4 və 8 seriyalarından olan kupe və kabrioletləri 6 seriyada birləşdirəcək. BMW AG direktorlar şurasının üzvü Frank Veberin bildirdiyinə görə, 6 seriyaya Neue Klasse modul platformasında inşa ediləcək modellər daxil olacaqlar. Yeganə istisna 8 Series Gran Coupe modeli təşkil edəcəkdir - böyük ehtimalla, sedan 7 Series xəttinin tərkib hissəsi olacaqdır.

Elektrikləşmə və alıcıların istəklərinin dəyişməsi avtomobil istehsalçılarını model xətlərini sadələşdirməyə, habelə o qədər də populyar və əlverişli olmayan modelləri ixtisara salmağa məcbur edir. Məsələn, gələcəkdə Mercedes-Benz CLE modeli C-Class və E-Class kupe və kabrioletlərini əvəzləyəcəkdir, BMW isə, 4 və 8 seriyalarını yeni-köhnə 6 seriyada birləşdirəcəkdir. Avstraliyanın WichCar nəşrinin məlumatlarına görə, 6 Series GT hetçbekini Neue Klasse modul platformasında inşa edilmiş yeni avtomobillər əvəzləyəcəklər.

Bu arxitektura elektrik, hibrid və hidrogen güc qurğuları üçün optimallaşdırılıb, odur ki, mühərrik seçimi geniş ola bilər. Üstəlik, BMW daxili yanma mühərriklərindən imtina etmək fikrində deyil və hətta, sərt Euro-7 normalarına cavab verəcək növbəti nəsil mühərriklər üzərində işləyir. Böyük ehtimalla, yeni “altılıqlar” formatı dəyişəcəklər, lakin yeganə məlum olan bu birləşmənin 8 Series Gran Coupe modelinə təsir etməyəcəyidir - bu model adi 7 Series sedanına dəbli alternativ olacaqdır.

Veber müsahibəsində elektrikləşdirmənin M modelləri də daxil olmaqla bütün model cərgəsinə şamil ediləcəyini də söyləyib. Bundan əlavə, şirkət hazırki M4 modelinin elektrik varisi barədə də düşünməyə davam edir. Nəhayət, i Vision Circular konsepti i3 modelinin varisinin seriyaya gedəcəyini vəd etmir, lakin bu konseptdə tətbiq edilmiş ideyalardan gələcək seriya avtomobillərində istifadə oluna bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.