BMW şirkəti Yaponiya bazarında 5 Series modelinin satışının 50 illiyi şərəfinə xüsusi “beşliyi” buraxıb. 50th Anniversary Edition yubiley modifikasiyası həm sedanlar (523d xDrive, 530e), həm də universallar (523d xDrive Touring) üçün əlçatandır.

Xüsusi versiyanın markerləri - Individual xəttindən olan zəngin mavi rəng, açıq dəri ilə üzlənmiş salon, iki rəngli beşqollu 20-düymlük disklər, opsiyaların maksimum çeşidi və unikal dekorasiyadır. Yubiley seriyasından olan sedan və universalların qiyməti 9.450.000 yendən ( 123.750 manat) başlayır.

BMW 5-Series-in tarixi 1972-ci ildə başlasa da, E12 sedanı Yaponiya bazarında bir il sonra debüt edib, ona görə də yarım əsrlik yubiley bu il qeyd olunur. Dizaynerlər və mühəndislər 50th Anniversary Edition seriyasından olan avtomobillərə unikal elementlər əlavə etməyiblər: əslində, söhbət xüsusi nişan lövhələri almış adi modellərdən gedir.

BMW 523d xDrive sedanları və universalları 2,0-litrlik turbodizel (190 at qüvvəsi, 400 Nm), 8-pilləli “avtomatı” və tam ötürmə sistemini saxlayıblar, 530e modifikasiyası isə, 2,0-litrlik benzin turbomühərrikə əsaslanan plagin hibrid güc qurğusuna (292 at qüvvəsi, 420 Nm) malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dörd zonalı klimat-kontrol, Harman Kardon səs sistemi və avtopilot funksiyasına malik olan adaptiv kruiz-kontrol üçün əlavə pul ödəmək gərək deyil – sonuncu, magistral yolda hərəkət zamanı sürücünün əllərini sükanda saxlamasını tələb etmir.

G30/G31 kuzovlarında BMW modellərinin həyat dövrü başa çatır, çünki tamamilə yeni 5 Series ailəsinin təqdimatı mart ayına planlaşdırılıb. Çox güman ki, 50th Anniversary Edition xüsusi versiyası yeddinci nəsl BMW 5-Series ailəsində sonuncu olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.