BMW şirkəti 5-Series modelinin növbəti nəslinə həsr etdiyi videoçarxı yaynlayıb. Videoçarx alman istehsalçısının Facebook social şəbəkəsindəki rəsmi səhifəsində dərc edilib.

Bu videotizerdə növbəti nəsil 5-Series modelinin avtonom idarəetmə sisteminin və elektron “yardımçılarının” işi göstərilmişdir. Çarxdan aydın olduğu kimi, sedan zolaqda saxlama sistemini, həmçinin təcili əyləcləmə sistemini əldə edəcəkdir. Bundan əlavə, çarxda yeni avtomobilin interyerinin bir hissəsi də göstərilmişdir. Avtomobil tam yeni sükan çarxını, yeni cihazlar panelini və multimedia sisteminin mərkəzi konsolda yerləşən ekranını əldə etmişdir. Əvvəllər də bildirildiyi kimi, yeni avtomobil 7-Series bayraqdarının istehsalında istifadə edilən CLAR modul platformasında hazırlanacaqdır.

Yeni 5-Series modellərinin qurluşunda alüminium və kompozit materiallardan geniş istifadə ediləcəkdir ki, bu da avtomobilin çəkisinə hiss olunacaq dərəcədə azaldılmasına gətirib-çıxaracaqdır.

Növbəti nəsil BMW 5-Series modelinin baza variantı 2,0-litrlik dörd silindirli turbomühərrik ilə təchiz ediləcəkdir. Bundan başqa, modelin mühərrik çeşidinə altı silindirli benzin və dizel güc aqreqatları, həmçinin məişət şəbəkəsindən qidalanan hibrid aqreqatı daxil ediləcəkdir.