BMW aşıqləri üçün çox maraqlı bir xəbərimiz vardır. Onların çoxdan gözlədiyi 5-Series sedanının qeyr-rəsmi fotoşəkilləri dərc edilmişdir. Dərc edilmiş təsvirlərdən də görndüyü kimi, bu fotoşəkillər rəsmi broşüradan istifadə edilərək hazırlanmışdır. Gördüyümüz kimi, yeni 5-Series heç də Bavariya istehsalçısının bayraqdarı olan 7-Series modelinin kilildilmiş variantı deyildir - ümumi cizgilər olsa da, yeni beşlik daha axıcı və aqressiv xəttlərə malikdir.

Bir müddət bundan əvvəl bavariyalılar yeni modelin video tizerini də dərc etmişdirlər. Bu videotizerdə növbəti nəsil 5-Series modelinin avtonom idarəetmə sisteminin və elektron “yardımçılarının” işi göstərilmişdir. Çarxdan aydın olduğu kimi, sedan zolaqda saxlama sistemini, həmçinin təcili əyləcləmə sistemini əldə edəcəkdir. Bundan əlavə, çarxda yeni avtomobilin interyerinin bir hissəsi də göstərilmişdir.

Avtomobil tam yeni sükan çarxını, yeni cihazlar panelini və multimedia sisteminin mərkəzi konsolda yerləşən ekranını əldə etmişdir. Əvvəllər də bildirildiyi kimi, yeni avtomobil 7-Series bayraqdarının istehsalında istifadə edilən CLAR modul platformasında hazırlanacaqdır. Yeni 5-Series modellərinin qurluşunda alüminium və kompozit materiallardan geniş istifadə ediləcəkdir ki, bu da avtomobilin çəkisinə hiss olunacaq dərəcədə azaldılmasına gətirib-çıxaracaqdır.

Növbəti nəsil BMW 5-Series modelinin baza variantı 2,0-litrlik dörd silindirli turbomühərrik ilə təchiz ediləcəkdir. Bundan başqa, modelin mühərrik çeşidinə altı silindirli benzin və dizel güc aqreqatları, həmçinin məişət şəbəkəsindən qidalanan hibrid aqreqatı daxil ediləcəkdir.

Image alt Image alt Image alt Image alt