Bir çoxlarının təqidimatını səbirsizliklə gözlədiyi BMW 5-Series ailəsinin ilk nümayəndəsinin kütləvi nümayişi oktyabr ayında keçiriləcək beynəlxalq Paris avtomobil sərgisində baş tutlamıdır. G30 zavoddaxili indeksini almış avtomobilin kamuflyajla örtülmüş prototipi artıq dəfələrlə sınaq testlərində fotocəsusların obyektivlərinə tuş gəlmişdir. Əldə etdiyimiz məlumata inansaq, yeni nəsil BMW 5-Series sedanın rəsmi təqdimatı bu ilin iyul-avqust aylarında gerçəkləşməlidir. Lakin, bir çoxları bu müddəti gösləmədən avtomobilin zahiri görkəmi haqqında fikirlər yürütməyə çalışırlar.
BMWBlog saytı tərəfindən dərc edilmiş renderə baxanların bir hissəsi qarşımızda cari avtomobilin restaylinq keçmiş olan variantının, digər hissəsi isə bayraqdar sedanı olan 7-Series modelinin kiçildilmiş nüxsəsinin, başqalarına isə 550i modelinin M Sport dəsti ilə olan versiyası olduğunu söyləyirlər. Hər halda yeni avtomobilin dizaynının, Bavariyalı istehsalçının bayraqdar modeli olan BMW 7-Series sedanının dizayn üslubunda hazırlanacağını ehtimal etmək olar.
Diqqət yetirsək, Bavariyalıların başlıca rəqibləri olan Mercedes-Benz şirkəti dizayn məsələlərində bu baxışdan çıxış edir. Digər tərəfdən, 5-Series bayraqdar modelə nisbətən daha idman xarakterli zahiri görkəmə malik olmalıdır.
Artıq məlum olduğu kimi, sedan kuzovlu avtomobilin təqdimatından bir neçə ay sonra universal kuzovlu və GT modelinin təqdim ediləcəyi də ehtimallar arasındadır.