BMW şirkəti bu gün 5-Series Touringuniversalının yeni nəslini təqdim etmişdir. G31 zavoddaxili kodunu əldə etmiş modelin kütləvi təqdimat mərasimi 87-ci beynəlxalq Cenevrə avtosalonunda keçiriləcəkdir. Yeni universalın satışlarına 2017-ci ilin ortalarında start veriləcəkdir.

Yeni nəsil BMW 5-Series Touring modeli sələfindən bir sentner yüngüldür.

Bundan başqa, avtomobil optimallaşdırılmış aerodinamikaya və zərərli tullantılar səviyyəsi azaldılmış mühərriklərə sahib olmuşdur. Yeni universalın baqaj bölümünün həcmi 10 litr artaraq 570 litrə bərabər olmuşdur. Arxa cərgənin oturacaqlarının qatlanması halında baqaj bölümünün həcmi 1700 litrə qədər artır. Bundan başqa, universal sələfinə nisbətən 120 kiloqram artıq yük götürmək imkanı əldə etmişdir. Modifikasiyasından asılı olaraq avtomobil 720-730 kiloqram yük daşıya bilər.

BMW 5-Series Touring modelinin yeni nəsli 530i, 540i xDrive, 520d və 530d modifikasiyalarında təklif ediləcəkdir.  BMW 530i Touring modeli 245 at qüvvəsi və 350 Nm fırlanma anı olan  2,0-litrlik dörd silindrli turbomühərriklə hərəkətə gəlir. BMW 540i xDrive Touring modeli isə, 340 at qüvvəli (450 Nm) altı silindrli bir sıralı mühərriklə, 8-pilləli atomat və xDrive tam çəkiş sistemi ilə təchiz edilir.

BMW 520d Touring universal 190 at qüvvəli (400 Nm)  2,0-litrlik dizel mühərriki ilə təchiz edilmişdir. Standart olaraq avtomobil 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. “Avtomat” qutunu isə əlavə ödənişlə sifariş etmək olar. 530d Touring modifikasiyası 265 at qüvvəsi və 620 Nm fırlanma anı olan 3,0-litrlik dizel mühərriki ilə təchiz edilir. Bu modifikasiya üçün avtomatik sürətlər qutusu standart olsa da xDrive tam çəkiş sistemi üçün əlavə ödəniş etmək lazım olacaqdır.

BMW 5-Series Touring modeli sedan kuzovlu avtomobil üçün təklif edilən bütün aktiv və passiv təhlükəsizlik sistemləri, həmçinin müasir avadanlıqlarla təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt