Bavariya brendinin mətbuat xidməti tezliklə bazara çıxacaq yerli yeniliklər barədə məlumatı paylaşıb. BMW X2 ailəsində iki modifikasiya peyda olmalıdır: dizel mühərriki ilə hərəkətə gələn tam ötürməli xDrive20d, habelə elektrik dartmasına malik olan ön ötürməli iX2 eDrive20. “Batareyalı” 5-Series çeşidi i5 xDrive40 aralıq versiyası ilə tamamlanacaq, altısilindrli mühərriki olan sadələşdirilmiş XM 50e modeli isə, “qloballaşacaq”.
3,0-litrlik sıralı altısilindrli turbomühərrikə malik olan ən yavaş BMW XM hibridi keçən ilin aprelində debüt edib, lakin belə krossover Avropa bazarına bir il gecikmə ilə çıxıb. Onun texniki hissəsi dəyişməyib: ümumi hasilat 476 at qüvvəsi və 700 Nm təşkil edir, yəni V8 mühərriki olmadan güc itkisi 177 at qüvvəsi təşkil edir. XM krossoverinin yerindən 100 km/saata sürətlənmə vaxtı da 0,8 saniyə artaraq 5,1 saniyəyə çatıb.
“Kiçik” BMW X2 modeli dizel mühərriki və tam ötürməsi olan mülayim hibridə çevrilib, baxmayaraq ki, 2,0-litrlik turbomühərrik (150 at qüvvəsi, 360 Nm) ilə 7-pilləli “robot” dəyişməyib. Üstəlik, kross-kupenin modifikasiya çeşidinə öndə 204 at qüvvəli elektrik mühərriki və 65 kilovat-saatlıq batareyası olan iX2 elektrik krossoveri əlavə edilib. Onun yürüş ehtiyatı 478 kilometrə çatır.
Qlobal 5 Series modelinin çeşidi də genişləndirilib: artıq M paketi olmayan tam ötürməli elektromobili də sifariş etmək mümkündür. Bir və iki mühərrikli versiyaların indeksləri oxşar (eDrive40 və xDrive40) olsa da, onların hasilatı fərqlidir: arxa ötürməli versiya 340 at qüvvəsi və 430 Nm, tam ötürməli isə, 394 at qüvvəsı və 590 Nm fırlanma anına malikdir. 81 kilovat-saatlıq batareya eyni olduğu üçün, yürüş ehtiyatı 463 kilometrə qədər azalıb.
İl ərzində BMW 5-Series çeşidi daha da genişləndiriləcək, çünki universal kuzovlu versiya və Çində satılacaq uzadılmış təkər bazaına malik olan sedanları bazara cıxacaqlar. Plagin hibridlər və arxa ötürməli aralıq elektrik versiyalarının da buraxılacağı bildirilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.