BMW şirkəti yenilənmiş 5 Series sedan və universalı ilə yanaşı, 6 Series GT hetçbekinin də yenilənmiş versiyasını təqdim edib. Hetçbekin eksteryer və interyerində baş vermiş dəyişikliklər 5 Series modelindəkilər ilə eynidir.
BMW 6 Series GT modeli də yeni optikaya, radiator barmaqlığına, bamperlərə, diametri 18-20 düymlük təkər disklərə, habelə əvvəllər təklif olmayan yeddi kuzov rənginə sahib olub. İnteryerdəki dəyişikliklər digər sükan çarxından, idman oturacaqlarında, tərtibat materiallarından və yaxşılaşdırılmış təchizatdan ibarətdir.
Modifikasiyadan asılı olmayaraq, 6 Series GT hetçbeki standart olaraq 12,3-düymlük virtual cihazlar paneli, multimedia sisteminin 10,25-düymlük ekranı (12,3-düymlük ekran opsiyadır) səsboğucu sistemin trapesiyaşəkilli çıxış boruları, 18-düymlük təkər diskləri və klirensin avtomatik təmizlənməsi (Avropa üçün 138 mm) olan arxa pnevmatik asqı ilə təchiz edilir. M-Sport əyləclərinin supportları yalnız mavi rəngə deyil, həm də qırmızı rəngə boyana bilərlər
Lakin, 6 Series GT hetçbeki 5 Series modelləri kimi iri miqyaslı elektrikləşdirməyə məruz qalmayıb. Hetçbek qoşulan hibrid qurğularla təchiz edilmir, lakin sürətlənmə zamanı əlavə 11 at qüvvəsi hasil edən və 48-voltluq şəbəkədən qidalanan startyor-generatora sahib olub. Transmissiya da 5 Series modelində olduğu kimi təkmilləşdirilib.
BMW 6 Series GT modeli Avropada yeddi variantda təklif ediləcəkdir. Başlanğıc 630i modifikasiyası 258 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərriki ilə təchiz edilir. 640i və 640i xDrive modifikasiyaları 333 at qüvvəsi və 450 Nm fırlanma anı təklif edən 3,0-litrlik altısılındrli turbomühərrik ilə təklif olunurlar. Qalan “altılıqlar” dizel mühərriki ilə təchiz edilirlər: 620d (190 at qüvvəsi, 400 Nm), və 630d və 630d xDrive (286 at qüvvəsi, 650 Nm). Top modifikasiya olan 640d xDrive hetçbeki 20 at qüvvəsi və 20 Nm daha güclü olub (340 at qüvvəsi, 700 Nm).
Yenilənmiş modelin istehsalı iyul ayında başlayır. Yenilənmiş BMW 6 Series GT modelinin Azərbaycandakı satışlarına 5 Series ilə eyni vaxtda - avqust ayında start veriləcəkdir.