BMW şirkətinin, Çin bazarında, 2,0-litrlik dörd silindirli turbomühərriklə təchiz edilmiş 7-Series flaqmanının şatışlarını təşkil etmək planları məlum olmuşdur. Bu barədə Çinin PaulTan nəşri xəbər vermişdir. Həmin nəşrin yazdığına görə, yeni modifikasiya çin qeydiyyat sənədlərində 730Li indeksi ilə qeydiyyata alınmışdır. B48 ailəsinin yeni üzvü olan mühərrikin gücü 252 at qüvvəsi, fırlanma anı isə 350 Nm-dir. Bavariya flaqmanının iki litrlik mühərriklə təchiz ediləcəyi hələ 2014-cü ildən məlum idi. Lakin, günü bu günə kimi, sedanın bu variantının Çin bazarından başqa hansı bazarlarda satılacağı qeyri-məlumdur.
Yeni biturbo mühərrik həmçinin, hibrid güc qurğusunun tərkib hissəsidir və elektrik mühərriki ilə birlikdə calışacaqdır. Frankfurt avtomobil sərgisində nümayiş etdirilmiş seriyaöncəsi avtomobilin aqreqatlarının ümumi gücü 326 at qüvvəsi təşkil etmişdir. Bavariyalıların iddia etdiyinə görə, avtomobil 100 kilometrə 2,1 litr yanacaq sərf edir. BMW 7-Series hibridinin satış variantı, 740e, 740Le və 740Le xDrive versiyaları olaraq, 2016-cı ildə işıq üzü görəcəkdir.
Bundan başqa, BMW flaqmanının 2016-cı ildə on iki silindirli Rolls-Royce mühərrikləri ilə təchiz olunacağı gözlənilir. Təsdiq olunmamış məlumata əsasən, flaqmanın standart variantı olacaq 760Li modeli 6.6-litrlik V12 benzin mühərriki ikə təchiz ediləcəkdir ki, bu mühərrikin gücü 600 at qüvvəsi olmalıdır.