Yeni nəsil BMW 7 Series sedanı daxili yanma mühərriklərinə nisbətən daha çox elektrikləşdirilmiş güc aqreqatlarına sahib olacaqdır. BMW Blog nəşrinin bildirdiyinə görə, nəsilin dəyişməsi ilə, elektrik mühərriki ilə hərəkətə gələn BMW 7 Series benzin modifikasiyasından daha güclü olacaq və M Performance xəttindən olan iki "bərkgedən" versiyada təklif ediləcəkdir.
Hazırda 609 at qüvvəli 6,6-litrlik V12 mühərriki ilə təchiz edilən BMW M760Li flaqmanı, böyük ehtimalla, i7 M60 və ya M i7 indeksini alacaq elektromobil ilə əvəzlənəcəkdir. Bayraqdar elektrokarın, ümumi hasilatı ən azı 650 at qüvvəsi olan iki elektrik mühərriki və 100 kilovat-saatdan çox tutumu olan batareya ilə təchiz ediləcəyi gözlənilir. BMW M i7 modeli dolu batareya ilə 640 kilometrə qədər məsafə qət edə biləcəkdir.
M Performance seriyasından olan ikinci model, 500 at qüvvəli altısilindrli mühərrikin əsasda yaradılmış hibrid güc qurğusu ilə təchiz edilən BMW M750e qoşulan hibridi olacaqdır. Mövcud olan BMW 745e hibrid versiyası da flaqmanın model xəttində qalmalıdır. Bavariyalılar i7 indeksi ilə iki model buraxmağı planlaşdırırlar: onlardan biricisi, yeganə elektrik mühərriki və arxa ötürməyə malik olan i740, ikicisi isə, iki elektrik mühərriki və tam ötürmə ilə təchiz ediləcək i750 modeli olacaqdır. Bu modifikasiyaların gücü 350-450 at qüvvəsi olacaqdır.
Daxili yanma mühərrilə təchiz ediləcək versiyalara gəldikdə isə, bayraqdar sedan benzin mühərrikli 740i və dizel aqreqatlı 735d versiyalarında təklif ediləcəkdir.