BMW şirkətinin flaqman modeli olan 7-Series’in 2016-cı ildə on iki silinirli Rolls-Royce mühərrikləri ilə təchiz olunacağı gözlənilir. Bu barədə şirkətin daxilindəki mənbəsinə istinadən BMW Blog saytı xəbər verir. Mənbənin bildirdiyinə görə flaqmanın standart variantı olacaq 760Li modeli 6.6-litrlik V12 benzin mühərriki ikə təchiz ediləcəkdir ki, bu mühərrikin gücü 600 at qüvvəsi olmalıdır.

Flaqmanın ən «bərkgedən» variantı olacaq M760i moвelində isə, Rolls-Royce Ghost və Wraith kupesində olduğu kimi, mühərrikin gücü 633 at qüvvəsi olmalıdır. Hər iki mühərrik səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birləşdiriləcəkdir.

Əvvəl qeyd edilirdi ki, 7-Series’in mühərriklər siyahısına yeni 395 at qüvvəli dörd turbinalı dizel də əlavə ediləcək.

Hal-hazırda BMW’nin flaqmanı 3.0-litrlik 326 at qüvvəsi olan R6 mühərriki, 4.4-litirlik 450 at qüvvəli V8 twin-turbo və 265 at qüvvəsi dizel mühərriki ilə təklif edilir.