BMW 8 Series ailəsi tam tərkibdə yenilənib. Faktiki olaraq, bu yüngül restaylinq sayılır, lakin yenilənmə ilə birlikdə alman istehsalçısı çeşidin “optimallaşdırılmasını” da həyata keçirib: bir sıra opsiyalar standart təchizata daxil edilib, bəzilərindən isə məcburi şəkildə imtina olunub.

Məsələn, artıq BMW 8 Series modelləri standart kuzov dəsti ilə təchiz edilmirlər. Bütün avtomobillər bundan sonra daha aqressiv bamperləri, 19-düymlük təkər diskləri və gücləndirilmiş əyləc mexanizmləri olan M Sport paketi ilə çatdırılacaqlar. Əslində, alıcıların əksəriyyəti avtomobilləri məhz belə paket ilə sifariş edirdilər.

BMW 8 Series

BMW M850i versiyasını vizual olaraq daha zəif modifikasiyalardan fərqləndirmək üçün, M8 modelindən götürülmüş yan güzgülər bu versiyanın baza təchizatına daxil edilib. M850i modelinin kupe kuzovlu versiyası isə baqaj qapağındakı kiçik spoyleri əldə edib.

Restaylinq keçmiş avtomobillərin eksteryerindəki əsas fərq forması dəyişdirilmiş “burunlardır”. Onların çərçivəsi daha qalın olub, şaquli çubuqlar ikilidir, üstəlik standart işıqlandırma var. Doğrudur, bütün bunların əvvəlki görkəmini saxlamış BMW M8 modelinə aidiyyatı yoxdur.

BMW M850i

İnteryerdə baş vermiş dəyişikliklər bütün ailəni əhatə edir. Bu, 10,25-düymlük displeyi əvəzləmiş 12,3-düymlük displey ilə təchiz edilmiş təkmilləşdirilmiş multimedia sistemidir. Modelin baza təchizatına oturacaqların Merino dərisindən örtüyü və transmissiyanın sükanaltı dəstəkləri daxil edilib.

Tesniki dəyişikliklər yoxdur. BMW 840i versiyası arxa və tam ötürməyə malik ola bilər, 840d və M850i modifikasiyaları isə istinasız tam ötürməlidirlər. Əvvəl olduğu kimi bütün mühərrik modifikasiyaları üç növ kuzovla təklif edilirlər - kupe, kabriolet və dördqapılı Gran Coupe sedanı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

M8 sedanları arasında isə itki var: 600 at qüvvəli standart M8 modeli çeşiddən çıxarılıb və artıq çeşiddə yalnız 625 at qüvvəli mühərriki və sərt şarnir birləşməli asıqısı olan M8 Competition versiyası qalıb. Yenilənmiş BMW 8 Series ailəsinin istehsalına mart ayında başlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.