Bir müddət bundan öncə BMW 8-Series kabrioletinin cəsus fotoşəkillərini dərc etmişdik. Bu gün isə Belçikanın Autotijd.be saytı yeni modelin rəsmi fotoşəkillərini dərc edib.

Dərc edilmiş fotoşəkillərdə kabriolet M850i top modifikasiyasında təqdim edilib. Bu isə avtomobilin 530 at qüvvəli 4,4-liltrik V8 biturbo mühərriki, səkkiz pilləli avtomatik ötürmələr qutusu və xDrive tam çəkiş sistemi ilə təchiz edildiyi deməkdir.

Yeni kabrioletin rəsmi təqdimat mərasimi 30 noyabrda işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt