BMW şirkəti rəsmi olaraq 8-Series kupesinin yeni nəslinin istehsal ediləcəyini təsdiq etmişdir. Yeni kupenin prototipini 26 may tarixində Concorso d’Elaganza Villa d’Este zəriflik müsabiqəsində təqdim ediləcəkdir. Bu barədə məlumatı, şirkətin səhmdarlarının yığıncağında direktorlar şurasının sədri Harald Kryuger bildirmişdir.
Kyugerin sözlərinə görə, yeni 8-Series “əsl dəbdəbəli sportkupe” olacaqdır. Bununla belə, avtomobil haqqında heç bir məlumat verilməmişdir. Məlum olan, seriya avtomobilin 2018-ci ildə işıq üzü görəcəyidir. Yeni nəsil 8-Series modelləri hazırki 7-Series bayraqdar modelinin bazasında yaradılacaqdırlar. Ehtimallara görə, yeni model zahiri cəhətdən Gran Lusso konsepti ilə bənzərlik daşıyacaqdır. Bu konsept BMW və Pininfarina diazyn atelyesinin mütəxəssislərinin birgə səyiı ilə yaradılmışdır. Bir müddət bundan öncə, alman istehsalçısının 825, 830, 835, 850, 860, M850 və M8 nışanları da daxil olmaqla bir neçə yeni əmtəə nişanını qeydiyyatdan keçirdiyini bildirmişdirk. Qeyri-rəsmi məlumatlara görə, M8 modelləri 4.0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdirlər.
Mühərrikin gücü 600 at qüvvəsi olacaqdır ki, bunun sayəsində də avtomobillər 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənəcəkdirlər.