Bu gün internet şəbəkəsində yeni nəsil BMW 8-Series modelinin prototipinin fotoşəkilləri yayılmışdır. Yeni kupenin prototipinin rəsmi fotoşəkillərini Autotijd.be saytı dərc etmişdir. Bundan bir qədər keçdikdən sonra BMW şırkətinin mətbuat xidməti rəsmi fotoşəkilləri dərc etmişdir.
Yeni 8-Series kupesinin prototipinin təqdimat mərasimi sabah Concorso d’Eleganza Villa d’Este zəriflik müsabiqəsində nümayiş etdiriləcəkdir. Kupenin yenidən həyata qaytarılması barədə alman istehsalçısının direktorlar şurasının sədri Harald Kyuger şəxsən təsdiq etmişdir.
Əvvəllər də bildirildiyi kimi, yeni 8-Series cari 6-Series ailəsinin birbaşa xələfi olacaqdır. 6-Series adı isə hazırda BMW 5-Series GT modeli kimi adlanmdırılmış hetçbekə verilə bilər. BMW 8-Series modelinin seriya variantı 2018-ci ildə işıq üzü görməlidir.
Yeni nəsil 8-Series modelləri hazırki 7-Series bayraqdar modelinin bazasında yaradılacaqdırlar. Ehtimallara görə, yeni model zahiri cəhətdən Gran Lusso konsepti ilə bənzərlik daşıyacaqdır. Bu konsept BMW və Pininfarina diazyn atelyesinin mütəxəssislərinin birgə səyiı ilə yaradılmışdır.
Bir müddət bundan öncə, alman istehsalçısının 825, 830, 835, 850, 860, M850 və M8 nışanları da daxil olmaqla bir neçə yeni əmtəə nişanını qeydiyyatdan keçirdiyini bildirmişdirk. Qeyri-rəsmi məlumatlara görə, M8 modelləri 4.0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdirlər.
Mühərrikin gücü 600 at qüvvəsi olacaqdır ki, bunun sayəsində də avtomobillər 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənəcəkdirlər.