İyun ayının sonunda, BMW şirkətinin Yaponiya ofisi Frozen Black Edition seriyasından olan BMW 8 Series modelinə sifarişlərin qəbuluna başlayaçacaqdır. Xüsusi nəşrin tirajı 20 nüsxədən ibarət olacaqdır: beş kupe və 15 Gran Coupe sedanı. “Dondurulmuş” seriyadan olan avtomobillər BMW Individual kataloqdan götürülmüş tutqun qatran qarası rənginə boyanacaq, qara rəngli dekora və interyer tərtibatına malik olacaqlar.
BMW 8 Series Frozen Black Edition modeli 340 at qüvvəli 3,0-litrlik altısilindrli turbomühərrikə, səkkiz pilləli “avtomata” və arxa ötürmyə malik olanBMW 840i modifikasiyasının əsasında yaradılıb.
Bu seriyadan olan bütün avtomobillər BMW Individual Frozen Black rənginə boyanırlar. Avtomobillərin radiator barmaqlığı, buraxılış sisteminin çıxış boruları, 21-düymlük 728M təkər diskləri və M-supportları da qatran qarası rəngindədirlər.
Tündləşdirmə mövzusu avtomobillərin interyerində də davam etdirilir. Salonun əksər hissəsi bahalı Merino dərisi ilə örtülüb, M Sport oturacaqları, qara süni zamşa ilə üzlənmiş tavan və qara piano lakı ilə örtülmüş BMW Individual dekorativ panelləri quraşdırılıb.
BMW 8 Series Frozen Black Edition modellərinin standart təchizatına həcmli səslənməsi olan Bowers & Wilkins Diamond Surround Sound səs sistemi və panoram dam (yalnız Gran Coupe) daxildir.
BMW 8 Series Frozen Black Edition seriyasından olan avtomobillərin satışlarına bu ayın sonunda başlanmalıdır. Xüsusi seriyadan olan avtomobillər yalnız Yaponiya bazarında satılacaqlar. Sifarişlər onlayn şəkildə qəbul ediləcəklər.
BMW 840i Coupe Frozen Black Edition kupesinin qiyməti 15 milyon yendir (230.000 manat), 840i Gran Coupe Frozen Black Edition sedanı isə 100 min yen (1.500 manat) bahadır.