BMW şirkəti BMW Art Car kolleksiyasına daxil olan on doqquzuncu avtomobili nümayiş etdirmişdir. BMW M6 GTLM yarış modelinin əsasında hazırlanmış avtomobilin üzərində, konseptual incəsənət üslunbunda işləyən amerikan rəssamı Con Baldessari çalışmışdır.
“Mənim yalnız bir dəfə avtomobillərlə işləmək imkanım olub. Bu avtomobilin təsviri idi. BMW Art Cars layihəsinə qoşularkən, sanki mənə tanış olmayan məkana daxil oldum. Buna çalışdığım obyektin nəzər nöqtəsindən deyil, ikiölçülü incəsənətdən üç ölçülüyə keçmək nəzər nöqtəsindən baxmaq lazımdır”, - söyləyən Baldessari M6 GTLM modelini hazırladığı ən yeyin incəsənət obyekti adlandırmışdır.
BMW nüməyəndələri avtomobilin Mayamidəki Art Basel mərkəzində nümayişindən sonra “Daytonanın 24 saatı” marafonuna qatılacağını bildirmişdir. Bu avtomobili Bil Oberlen, Aleksandr Sims, Auqusto Farfuş və Bruno Spenqlerdən ibarət heyət idarə edəcəkdir. BMW M6 GTLM modeli 4,4-litrlik V8 turbomühərriki ilə təchiz edilmişdir. Mühərrik 585 at qüvvəsinə malikdir ki, yarış seriyasından asılı olaraq bu rəqəm dəyişə bilər. Avtomobilin çəkisi 1250 kiloqramdır.
BMW Art Car kolleksiyasının tarixi 1975-ci ildən başlayır. Bu müddət ərzində alman istehsalçısı iyirmiyə yaxın rəssamla çalışmışdır ki, onların da arasında Əndi Uorhol, Roy Lixtinşteyn, Frenk Stella və Aleksandr Kolder vardır. Faktiki olaraq Baldessarinin hazırladığı avtomobil bu kolleksiyada olan 18 avtomobil və 19-cu incəsənət obyektidir. 2009-cu ildə Cənubi Afrikadan olan rəssam Robin Rode Z4 modelindən onun şinləri vasitəsi ilə böyük tabloda şəkil çəkmək üçün istifadə etmişdir. Bu tablo kolleksiyada olan 17-ci obyekt olmuşdur.