BMW markasının müxtəlif ölkələrdə qavranılmasındakı fərqlər ortaya çıxıb. BMW Blog nəşrinin icmalçıları Bavariya brendinin Kaliforniyadakı dizayn studyasını ziyarət ediblər və BMW markasının baş dizayneri Andrian van Hooydonk ilə söhbət ediblər.
Nəticədə onlar bir brendin vacib bazarlarda fərqli assosiasiyalar doğurduğunu öyrəniblər. Amerikalılar BMW avtomobillərinin sportkar olduğunu düşünürlər, Çindəki BMW müştəriləri isə onu dəbdəbə predmeti kimi qəbul edirlər. Qlobal tendensiya - müxtəlif ölkələrdən olan avtomobilsevərlərin tələblərinin yaxınlaşdırılmasıdır.
Adrian van Hooydonk, "BMW - idman avtomobilidir" müddəasının hətta flaqman 7-Series sedanını alan amerikalılar üçün də doğru olduğunu bildirib. Ancaq Çində Bavariya məhsullarından idarəetmə keyfiyyətləri deyil, dəbdəbə gözlənilir.
BMW dizaynerləri G70 nəslindən olan sedanı yaratmaq üçün çox çalışmalı olublar və sonunda aqressiv eksteryeri və interyerin genişləndirilmiş fərdiləşdirmə imkanlarını təklif edə bilibilər.
Müasir BMW avtomobillərinin dizaynı mübahisəli hesab edilir, lakin brend nümayəndələri mübahisəli görünüşün satışlara kömək etdiyini açıqlayıblar. İndi isə, BMW dizayn studiyasının prezidenti Holger Hampf yeni avtomobilin dizaynının komanda işi olduğunu və konkret modelin dizaynının konkret dizayn mütəxəssisi ilə əlaqələndirildiyi günlərin keçmişdə qaldığını bildirib.
Ümumiyyətlə, yeni avtomobilin “çəkilməsi” prosesi sürətlənib: xarici görünüş onlayn proqramlarda bir neçə mütəxəssis tərəfindən yaradılır, düzəlişlər və təkliflər dünyadakı digər dizayn büroları tərəfindən məsafədən həyata keçirilir. Adrian van Hooydonk, koronavirus pandemiyasının dizaynerlərin onlayn rejimə keçidinə töhfə verdiyini də vurğulayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.