Yaxın zamanlarda BMW avtomobillərində ötürmələr qutusunun yeni selektoru quraşdırıla bilər: selektorun funksionallığı genişləndiriləcək, onun özü isə irəli çıxan coystikdən ibarət olacaqdır. Selektor təkcə ötürmələrin həyata keçirilməsinə deyil, həm də dayanacaq əyləcinə və mühərrikin işə salınıb-söndürülməsinə cavabdeh olacaqdır. Sistemin cari vəziyyəti inteqrasiya olunmuş kiçik displeydə əks etdiriləcəkdir.
CarBuzz nəşrinin bildirdiyinə görə, yeni texnologiya həm elektrokar və hibridlərdə, həm də ənənəvi daxili yanma mühərriki olan avtomobillərdə quraşdırıla bilər. BMW hələlik yeni texnologiyanı yalnız patentləşdirib, odur ki, onun seriya avtomobillərində tətbiqi hələlik sual altındadır. Yeni coystikin tətbiqi də bir ildən bir neçə ilə qədər vaxt tələb edə bilər.
Alman istehsalçısının patentləşdirdiyi sistemlər arasında qeyri-standart arxa qapılar da var: onlar eyni zamanda həm qalxa, həm də sürüşdürülə bilərlər. Belə qapıların mexanizmlərinin quruluşu hidravlik və ya elektrik ötürməsinin mövcudluğunu tələb edir. Bundan başqa, avtomobilin damının arxa hissəsi ilə birlikdə taybatay açılan qapılar da var.
Bu ilin əvvəlində alman istehsalçısı ənənəvi arxa görüntü güzgüsünü əvəzləyən proyektora patenti alıb. Bu qurğu məlumatı avtomobilin yan şüşələrində əks etdirəcəklər. Məsələn, onlar yoldakı hadisələr barədə xəbərdarlığı göstərə bilərlər. Hazırda əksər avtomobillər üçün opsiya olan proyeksiya displeyləri belə funksiyaya malikdirlər.
Bundan əvvəli isə, BMW şirkəti pilotsuz nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş sükan-coystiki patentləşdirib. Patentdə qurğu aktivləşdirilmiş avtopilot rejimində yığışdırlan “sükan dəstəyi” kimi təsvir olunub. Coystikə transmissiyanın selektorunun idarə olunması funksiyası inteqrasiya edilib ki, müvafiq düymələr hər iki dəstəkdə yerləşdirilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.