Bu günlərdə Münhen istehsalçısı dərc etdiyi reklam çarxında avtopilot sistemi ilə təchiz edilmiş avtomobillərin sekslə məşğul olmaq üçün ideal məkan olduğunu diqqətə çatdırıb.
Təəssüflər olsun ki, alman subbrendinin Twitter sosial şəbəkəsində dərc etdiyi «Sevincin yeni anları» adlı çarx dərc edildikdən dərhal sonra silinib. Çarxa baxmağa macal tapmış şəxslər çarxın süjetində gələcəkdə insanların BMW Vision iNext modelinin salonunda sekslə məşğul olacaqlarını bildirilib. Çarxda, yoldan keçən polis avtomobilinin salondakı «qızğın» anların işıqlandırdığı səhnə yer alıb.
Bəs almanlar bu çarxı niyə tələm-tələsik yığışdırıblar? Çox güman ki, onlara «camaatın anası-bacısı olduğunu» izah edənlər tapılıb. Zarafat edirəm. Əslində məsələ təhlükəsizlik ilə bağlıdır. Məlum məsələdir ki, videoçarxdakı şəxslər təhlükəsizlik kəmərlərindən istifadə edə bilməzdilər. İstənilən halda, BMW çarxda «bu bir nümayişdir» və «BMW tam avtonom avtomobilləri təklif etmir» yazaraq insanları xəbərdar edib.